Qarabağ və Şərqi Zəngəzurda görülən ilk işlər infrastrukturun bərpası ilə bağlı idi

Qarabağ və Şərqi Zəngəzurda görülən ilk işlər infrastrukturun bərpası ilə bağlı idi

Mehriban Məmmədova 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon 278 nömrəli tam orta məktəb müəllimi

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərlə dövlətimizin, xalqımızın, müstəqilliyimizin yeni qəhrəmanlıq salnaməsi yazıldı. Prezident İlham Əliyevin liderliyi, Ali Baş Komandanlığı və ordumuzun qəhrəmanlığı ilə yazılan bu tarix hər birimizi qürurlandırdı, şərəfləndirdi. XXI əsri tariximizə qızıl hərflərlə yazmış Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət əldə edilən Zəfər Gününün təməlini qoydu. Qazanılan tarixi qələbənin kökündə duran vacib amillər eyni zamanda Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi idi.

Azərbaycan Respublikasının  Prezidenti Silahlı  Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasəti və qətiyyəti qələbəmizə öz töhfəsini verdi. Prezident həm də son 200 ildə torpaqlarımızı işğaldan azad edən yeganə Komandan kimi tarixə adını yazdı.

Tarix boyu mənfur düşmən nə beynəlxalq hüquqa, nə beynəlxalq təşkilatların  qətnamələrinə, nə də  1994 – cü ildən  bağlanan  atəşkəsə  əməl  etmədi.  2016-cı ildə düşmən  növbəti  dəfə məkrli  planlarını  davam  etdirmək  istədikdə səbr  kasası  dolmuş xalq ayağa qalxdı. Nəhayət ki, “yatmış aslan” oyandı. Bu döyüşlərdən sonra  Füzuli, Cəbrayıl və Tərtər  rayonlarının  2000 hektardan  çox  ərazisi azad  edildi. Cəbrayılın Cocuq Mərcanlı kəndinin  təhlükəsizliyi  təmin  edildikdən  sonra  ölkə  prezidentinin  tapşırığı ilə  kənd  yenidən  quruldu.  Burada Şuşa  məscidinin  bənzəri olan  məscid inşa edildi. Bu məscidin inşası Şuşaya  qayıdırıq  xəbərçisi, müjdəcisi oldu.

Prezidentimizin fərmanı ilə 2021-ci ilin yanvarında “Qarabağ Dirçəliş Fondu” yaradıldı və Türkiyə Prezidenti R.T.Ərdoğan arasında “Şuşa Bəyannaməsi” imzalandı.Bu bəyannamə 1921-ci il 13 oktyabr Qars müqaviləsini təsdiqləyirdi.Tərəflər Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan –Qars dəmir yolunun tikintisinin mühümlüyünü qeyd  edirdi.

2021-ci il iyulun 7-də Prezidentimizin fərmanı ilə Azərbaycan Respublikasının 14 iqtisadi rayondan ibarət yeni bölgüsünü təsdiq etdi. Bu sənəd ölkəmizin zəngin iqtisadi potensialından,təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə verildi. Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması təsdiq edir ki, ölkəmiz “Böyük Qayıdış” missiyasını da uğurla tamamlayacaq. 

Ölkəmizin işğaldan azad edilmiş ərazisində hazırda Milli Minatəmizləmə Agentliyi və Türkiyə hərbi istehkamçıları, ermənilər yaşayan hissədə isə Rusiya Müdafiə Nazirliyi minatəmizləmə işlərini sürətlə davam etdirirlər. Bu prosesin uğurla aparılması Qarabağda kommkunikasiyaların bərpa edilməsinə və quruculuq işlərinə daha geniş meydan açır. Ərazilərin minalardan daha tez təmizlənməsi isə müvafiq xəritələrdən istifadə edilməsindən asılıdır. Rəsmi statistikaya görə, ümumilikdə, Azərbaycanda 2,5 min nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkmiş, onlardan 388 nəfər ölmüş və 2 min 60 nəfər yaralanmışdır.

44 günlük haqq savaşımızdakı zəfər qarşımıza yeni hədəflər qoydu. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra dərhal bu ərazilərdə bərpa, yenidənqurma işlərinə başladı. Qısa müddətdə görülən işləri isə sözlə ifadə etmək mümkün deyil. Bunu yalnız işğaldan azad edildikdən sonra ermənilər tərəfindən 30 il ərzində viran qoyulmuş əraziləri görmüş, qısa zamanda bərpa və quruculuq işlərinin miqyasının şahidi olmuş insanlar daha yaxşı anlaya bilərlər. Qarabağ və Şərqi Zəngəzurda görülən ilk işlər infrastrukturun bərpası ilə bağlı idi. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə hər səfərində yeni yolların çəkilməsi ilə bağlı tapşırıqlar verir, bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak edirdi.

Təbii ki, qarşıda ilk olaraq Qarabağa və Şərqi Zəngəzura aparan yolların tikilməsi dururdu. İki ildir ki, bu istiqamətdə intensiv işlər görülür. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün hava yolunun salınması  əsas planlar sırasında idi. Azərbaycan qarşıya qoyduğu hər məqsədinə qətiyyəti, öz gücü hesabına çatır. Üzərinə götürdüyü öhdəlikləri daim vaxtından əvvəl yerinə yetirir.

Hazırda Qarabağda yenidənqurma,bərpa-quruculuq işlərində dünyanın müxtəlif ölkələrinin şirkətləri iştirak edir. Xüsusilə bu işlərdə qardaş Türkiyənin xidmətini vurğulamaq lazımdır. Yendənqurma işlərinin sürətlə davam etdiyi ərazilərdə inşasını gözləyən evlərin, məktəblərin,xəstəxanaların təməli qoyulur. Prezident müharibə bitdikdən sonra işğaldan azad olunmuş torpaqlara dəfələrlə səfər etdi. 2021-ci ilin oktyabrın 26-da Füzuli beynəlxalq Hava Limanının,2022-ci il oktyabrın 20-də Zəngilan Hava Limanının, Güləbird Su Elektrik Stansiyasının, Şuşada “Zəfər yolunun” təməlini qoydu.İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində yüksək texnologiyanın tətbiq edildiyi layihələr –“ağıllı şəhər”,”ağıllı kənd”,”yaşıl enerji” zonaları yaradılmışdır. Kənddə “Smart Dost” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq,həm də “Dost Aqropark” artıq fəaliyyətdədir. “Ağıllı kənd” sakinlərinin işlə təmin olunması problemi də öz həllini tapıb. Hazırda Qarabağın dirçəlməsi üçün 12 ölkənin 53 şirkəti burada işlər görmək üçün müraciətlər ediblər. Şuşada,Suqovuşanda musiqi festivallarının keçirilməsi, beynəlxalq tədbirlərin,idman yarışlarınınkeçirilməsi dünyaya bəyan edir ki, Qarabağ Azərbaycandır!

Ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib.Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Bunun üçün biz ilk növbədə Prezidentimizə, şəhidlərimizə,qazilərimizə borcluyuq!