“Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir

15 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayonu, Yeni Suraxanı Qəsəbə İnzibati Dairə Nümayəndəliyində "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş “ Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Yeni Suraxanı Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Həqiqət Məmmədova, Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı Qəsəbə İnzibati Dairə üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Hüseynqulu Quliyev və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri girş gözü ilə açan Yeni Suraxanı QİD üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Hüseynqulu Quliyev qonaqları salamlayaraq bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan etdi. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi.
Yeni Suraxanı Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Həqiqət Məmmədova çıxış edərək dedi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salsaq, görərik ki, ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi, ölkə inkişaf etdi, iqtisadi gücümüz artdı.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini Yeni Suraxanı qəsəbə sakinlərinə və görüş iştirakçılarına çatdırdı. Ənvər Haqverdiyev bildirdi ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Yerli təşkilatın nümayəndəsi onu da qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, çağdaş dünyanın tanınmış siyasi və dövlət xadimi cənab İlham Əliyev 22 ildir ki, xalqımızın tarixi nailiyyəti olan müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir Prezidenti cənab İlham Əliyevin siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti onu yeni əsrin yeni liderinə çevirib.
Çıxış edən digər natiqlər də öz növbələrində qeyd etmişlər ki, qalib, müstəqil və suveren Azərbaycan Respublikası ilə qürur duyurlar.