Konqresə ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb

Konqresə ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb
Elburus Xəlilov
Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2019-cu ilin oktyabrda Vaşinqtonda qəbul edilən Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı paytaxtımız bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib. Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanan ölkəmizə belə mötəbər tədbirə ev sahibliyi hüququnun verilməsi beynəlxalq səviyyədə artan inamın ifadəsidir.
Oktyabr ayının 2-dən 6-dək davam edəcək kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndənin qatıldığı Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bu nüfuzlu tədbirin respublikamızda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini əminliklə bildirib.
Beynəlxalq tədbirdə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı işğalçı siyasəti, onun nəticələri və Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verilib. Belə bir möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Bakıda davam edən 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün çox önəmli beynəlxalq platformadır.
Dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır. Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Ölkəmizdəki multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır.