Ölkənin müxtəlif regionlarında bir çox “iqtisadi cazibə mərkəz”ləri formalaşmışdır

Ölkənin müxtəlif regionlarında bir çox “iqtisadi cazibə mərkəz”ləri formalaşmışdır
Kifayət Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin  müəllimi
2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır. Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir.
Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları xeyli genişləndirilmişdir. Azərbaycanın tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları, çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan iqtisadiyyatı regionun ən rəqabət qabiliyyətli iqtisadiyyatına çevrilmişdir.

Nüfuzlu Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na görə Azərbaycan iqtisadiyyatı uzun müddətdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur. Ölkənin sabit iqtisadi inkişafına xüsusi önəm verilmiş və regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan verən inkişaf proqramları həyata keçirmişdir. Artıq dördüncüsü həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində Azərbaycan regionlarına böyük həcmdə investisiyalar yatırılmış və əgər belə demək mümkündürsə, regionların “iqtisadi siması” tamamilə dəyişmişdir.
Hazırda Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında bir çox “iqtisadi cazibə mərkəz”ləri formalaşmışdır. Azərbaycanda 26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə quraşdırılmış Qaradağ Günəş Elektrik Stansiyasının (GES) açılışı olub. Stansiya Birləşmiş Ərəb əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa edilib. 550 hektar ərazidə yerləşən GES layihəsi 50 min günəş panelinin istifadəsini nəzərdə tutur. Elektrik stansiyasının 110 min ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışında iştirak ederək Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etməkdə davam edəcəyini bildirib. Bu sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Bu əlaqələr Azərbaycanın İqtisadiyyatının daha da güclənməsinə böyük zəmin yaradır.