Qanunda hər bir məqam dəqiqliklə öz əksini tapmışdır
Kəmalə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin direktor vəzifəsini əvəz edən
Möhtərəm Prizidentimiz əleyhimizə fikir söyləyənləri tutarlı orqumentlərlə anındaca yerində otuzdurur. Dünya siyasətinin dinamikası tələb edir ki, ölkədaxili siyasət dərhal buna reaksiya versin, bunula bağlı uzlaşdırılsın. Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu zərurətə çevrilmişdir. Çünki əvvəlki qanunu düz otuz il əvvəl 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də, siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclis sədrinə müraciət etmişlər.
Bu qanun irəlidə də toxunduğumuz kimi, beynəlxalq prinsiplərə söykənmiş, daha doğrusu beynəlxalq prinsiplərlə daxili siyasi palitranın uzlaşdırlmasına əsaslanmışdır.Qanunun qəbulu zamanı Venessiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları prossesinin tələb və tövsiyyələri nəzərdən qaçılmamışdır.
“Siyasi partiyalar haqqında” yeni qanunun diqqət çəkən məqamları bunlardı ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların fəaliyyətinə təminat verir, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərir və s... Eyni zamanda siyasi partiyalara bir sıra qadağalar da vardır ki, onlardan bəzilərini qeyd edək.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terorçuluğa açıq çağırış edilməsi, terorçuluğun, dini ektrenizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması siyasi partiyalara qadağan edilir.
Diqqət yetirilsə, dərhal duyular ki, əslində bu qadağalar dövlətin, dövlətçiliyin qorunmasına vətəndaşlarımızın azad və təhlükəsiz yaşamasına fəaliyyət göstərməsinə xidmət edir.
Qanunda hər bir məqam dəqiqliklə öz əksini tapmışdır. Müddət, məbləğ, say, rəqəmlər verilmişdir. Diqqət çəkən məsələlərdən biri partiyaların maliyyələşdirilməsinin, daxil olunan maliyyə mənbələrinin və xərclərin şəffaf şəkildə göstərilməsidir. Bəli, məhz şəffaflıq bu qanunun ən üstün keyfiyyətlərindəndir.
Heç şübhəsiz, bu qanun mütərəqqi xüsusiyyətlər daşıyıb. Ölkəmizin siyasi sisteminin möhkəmləndirilməsi yolunda növbəti uğurlu addım olacaq.