Fransaya qalan sonda "Ermənistan üçün üzülmək" oldu
Pərvin Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu, 262 saylı körpələr evi və uşaq bağçasının metodisti
16 avqust 2023 - cü ildə Ermənistanın əsassız iddiaları nəticəsində BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirildi. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə kölgə salmaq üçün təxribat xarakterli siyasi kampaniyasından və şousundan əl çəkməyən Ermənistan bu dəfə də teatr tamaşası ilə dünya platformasında gülünc vəziyyətə düşdü. Ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsində Laçın yolunun "bağlanmasından" sonra yaranmış "humanitar böhran" adlı teatr tamaşasını BMT Təhlükəsizlik Şurası kimi dünya səviyyəli platformaya çıxarmağı gülünc və məntiqsiz addım idi. Ermənistan "böhran" şousunu təşkil edərkən xatırlamalı idi ki, Azərbaycan hər zaman diplomatik yolla gedir. Diplomatiyası kimi yaddaşı da zəif olan Ermənistana yaxın keçmişi xatırladaq. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təhkükəsiz vəziyyətdə öz evlərinə qayıtmasına şərait yaratmaq bir daha Azərbaycanın sülhün tərəfdarı olduğunun sübutudur.
Vaxtilə hərbi-silah yolu ilə Azərbaycan torpaqlarını ələ keçirən, vətəndaşlarımızı öz ata-baba yurdundan qovan, 30 ilə yaxın torpaqlarımızda yaşayan vandal bir xalqın indi Azərbaycanı hansısa "humanitar" məsələdə iddiham etməsi ikiüzlülük və saxtakarlıqdır. Çünki Beynəlxalq hüquqa əsasən bir ölkə qonşu ölkə ilə sərhədlərini müəyyən etmək, təhlükəsizlik baxımdan özünü qorumaq hüququna malikdir. Azərbaycan da sadəcə həmin hüququndan istifadə edir.
Fransanın da Azərbaycana qarşı bütün platformalarda düşmən mövqeyi göstərməsi 16 avqust BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da nəzərdən qaçmadı. Ermənistan tərəfindən təşkil olunan "Ağlayan yaxud Ac Ermənistan" başlığı altında təşkil edilmiş teatr tamaşasında kulis arxasında satılmış hüquqşünas və jurnalistlər də nəzərlərdən qaçmadı. Fransanın belə bir tamaşanı dünyaya inandırmaq istəyi sonda məyusluqla nəticələndi. Fransaya qalan sonda "Ermənistan üçün üzülmək" oldu.
Hər zaman beynəlxalq ictimaiyyəti manipulyasiya etməkdən əl çəkməyən Ermənistan əsassız və lüzumsuz addımı ilə beynəlxalq ictimaiyyət qarşısında yenidən rəzil oldu. "Humanitar böhran" tamaşasını BMT-ninTəhlükəsizlik Şurasının platfotmasına daşıya bilsə də nəticə İrəvanın əlehinə oldu. Azərbaycana qarşı qətnamə gözləyən Ermənistanın arzusu gözündə qaldı. Bu anda Azərbaycan xalqının xatirinə yenidən cənab Prezidentimiz İlham Əliyevin "Noldu Paşinyan?!" frazası düşdü.