Suraxanı rayon məktəblərinin 5 məzunu Prezident təqaüdünə layiq görülüb
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü ayrılıb.
Qeyd edək ki, Suraxanı rayon məktəblərinin 5 məzunu Prezident təqaüdünə layiq görülüb. Onlardan:
N.Əliyev adına 282 №- li tam orta məktəb – Rəhimova Fidan Fuadovna;
N.Əliyev adına 282 №- li tam orta məktəb – Xəlilova Səfurə Arif qızı;
R.Abidov adına 85 №li tam orta məktəb – Nəsibov Zahid Ramil oğlu;
E.Qaranzadə adına 270 №li tam orta məktəb – Tağıyeva Aqilə Vüqar qızı;
S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası – Abdullayeva Sabrina Royal qızı.