Prezidentin şəhidlərə, qazilərə olan sevgisi, qayğısı bizlərə nümunədir

Prezidentin şəhidlərə, qazilərə olan sevgisi, qayğısı bizlərə nümunədir

Badamxanım Kərimli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 276 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi

Zəfərimiz cənnət məkanımız Qarabağda açan günəşdir. O, günəş ki, bu gün bütün Azərbaycanı nurlandırır. Qarabağın qayıdışı Azərbaycan xalqı üçün qürurlu tarix oldu. Qarabağ siyasi-tarixi baxımdan əzəldən Azərbaycan torpağı olub. Orada olan abidələr, qalalar, qəsrlər, Alban kilsəsi, Azıx mağarası, habelə orda doğulub boy atmış elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətlər, Qarabağa aid əsərlər, ”Qarabağ namələr”, Şuşa qalası və s. bu kimi mənbələr, tarixi vəsiyyətlər Azərbaycanı əsrlərdən bu günümüzə kimi dünyanın hər yerində təbliğ edib. Bütün bu kompanentlər Qarabağın Azərbaycan torpağı olmasına sübutdur. Lakin bunu bir çox beynəlxalq qurumlar, bir çox ölkələr qəbul etmək istəmirdilər. Uzun illər danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan sözünü desə də səsinə səs, gücünə güc verən olmurdu.

Xalqımız 30 il səbr etdi, bir çox qurumların fikirlərinə hörmətlə yanaşdı. Lakin, onlara güvənməyin, arxalanmağın düzgün olmadığını bilən möhtərəm Prezident İlham Əliyev öz güclü ordusunu yaratdı. Beynəlxalq riykarlıq və Ermənistana açıq dəstək Azərbaycanın səbrini daşıran son damla oldu. Ermənlərin Azərbaycana qarşı 200 ildən çox davam etdirdiyi düşmənçilik siyasətinə artıq dur deyən olmalı idi. Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu o, gün hər bir azərbaycanlıya qalib bir xalqın nümayəndəsi adını bəxş etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin düzgün döyüş taktikası və Müzəffər Ordumuzun gücü bir zamanlar öz el-obasından riyakarcasına qovulan soydaşlarımızı doğma torpaqlarına qaytardı. Torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün bir zamanlar Azərbaycana dəstək olmayan dövlətlər, beynəlxalq qurumlar Ümumilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və bu gün Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş edən Azərbaycanın rəşadətli ordusuna həsəd aparırlar.

Bizim üçün qürurverici bir haldır ki, bu gün Müzəffər Ali Baş Komandan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi döyüş taktikası dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. 44 gün II Qarabağ müharibəsində xalqına ürəkdən səslənən, xalqının hisslərini əks etdirən Prezident cənab İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk olunub. Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa haqqında dediyi sözlər bütün şəhidlərimizə, qazilərimizə olan hörmətin, etiramın, sevginin və ən əsası qayğının göstəricisidir. Prezident cənab İlham Əliyevin şəhidlərə, qazilərə olan sevgisi, qayğısı bizlərə nümunədir.

Bu gün mərkəzi və yerli icra hakimiyyətləri, qeyri hökümət təşkilatları, qurumlar, YAP-ın yerli təşkilatları özlərinə borc bilərək bu gün qazilərimizə, şəhid ailələrinə dayaq olurlar.

Bir vaxtlar təqvimdə olan matəm günləri, işğal günləri bizim ürək dağımız idi.Amma bu gün artıq qalib ölkə olaraq Qələbə təqvimimiz var. Möhtərəm Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunan ərazilərimizə günlər təsis edildi.

Azərbaycanın hər qarış torpağı Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqı harada olmasından, hansı peşənin sahibi olmasından asılı olmayaraq öz Vətənini, öz rəmzlərini layiqincə qorumalı,bir əqidədə birləşməlidir. Çünki, bizim hələ mübarizəmiz bitməyib. Hələ də müxtəlfi təyziqlərlə rastlaşırıq. Bu baxımdan hər bir Azərbaycan vətəndaşının ağlı, qəlbi, gücü vətəninin yanında olmalıdır. Milli ruhumuz, milli məfkurəmiz, milli birliyimiz əbədi olmalıdır. Bu qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev və hərbçilərimizə dərin minnətdarlığımızı bildirir, qazilərimizə Allahdan şəfa diləyirik.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azaddır! Qarabağ Azərbaycandır!