Prezidentin Soçi səfəri Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu bir daha göstərdi
Firəngiz Məlikbəyli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Azərbaycanın siyasi gündəmini izləyən hər bir azərbaycanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfərləri barədə kifayət qədər məlumatlıdır. Diqqətlə nəzər yetirdikdə görürük ki, bu səfərlərdə Azərbaycanın milli maraqları, gələcəyi, beynəlxalq əməkdaşlıq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda davamlı, uzunmüddətli sülhə nail olmaq və bu qəbildən bir çox gələcəkyönümlü məsələlər ön planda tutulur.
Azərbaycan hər zaman beynəlxalq arenalarda yüksək səviyyədə təmsil olunur. Ölkə başçımızın xarici səfərlərdəki çıxışlarında qeyd etdiyi nüanslar bütövlükdə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmişdir. Əhəmiyyətli görüşlərdən biri də 31 oktyabr Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşüdür. Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini daha da sürətləndirəcək, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsində tarixi rolunu oynayacaqdir. Hesab edirəm ki, bu səfərin əsas qayəsi Azərbaycanın 2020-ci və 2021-ci illərdə nail olduğu bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək, həmçinin bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq, gündəlikdəki məsələlərin müzakirəsi və həlli yollarına razılaşmaqdır.
Onu da qeyd etməliyik ki, Rusiyanın münaqişənin nizamlanmasında nəzərəçarpacaq qədər mühüm addımlar atması münasibətlərdə müsbət dinamikanın yaranmasında vacib rol oynamışdır. Çıxışında bütün bunlara münasibət bildirən Möhtərəm Prezident İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Prezident Vladimir Putinə bir daha təşəkkürünü bildirmişdir. Dövlət başçımız iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamənin çoxillik münaqişəyə son qoyduğunu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtı yetişdiyini vurğulamış və Rusiyanın bu məsələdə rolunu yüksək qiymətləndirmişdir.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoymaqla bərabər Qarabağ münaqişəsini birdəfəlik bitirmiş və həll etmişdir. Təəssüflər olsun ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün çox ciddi addımlar atılsa da həlli yarımçıq müəyyən məsələlər qalmaqdadır.
Soçidə 3 tərəfli formatda görüşlərin keçirilməsi normallaşma prosesinə yaxşı impuls verməklə yanaşı, Azərbaycanın bu prosesdəki sülhməramlı rolunu bir daha dünya ictimaiyyətinə göstərmişdir. Qeyd etməliyik ki, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan Azərbaycanın irəli sürdüyü 5 şərtlə normallaşmaya nail olmaq mümkündür.
Prezident İlham Əliyevin indiyədək apardığı bütün danışıqlarda olduğu kimi Azərbaycanın maraqlarına cavab verməyən heç bir məsələ gündəmdə deyil və Azərbaycan ölkə olaraq regionda sülhün təminatçısı, söz sahibi, gücün, siyasi fəallığın və milli birliyin varlığı ilə dünyanın qabaqcıl ölkələri üçün əsl nümunədir.