Prezident verdiyi vədlərin öhtəsindən məharətlə gəlib
Gülnar Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini, sevgisini göstərir. Fevralın 7-də keçirilən prezident seçkisi günü Azərbaycan xalqı bu sevgi və dəstəyi yenə də ifadə etdi.
Fevral ayının 14-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Mərasimdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevi hərarətlə qarşıladılar və andiçmə mərasim açıq elan olundu. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular. Fərhad Abdullayev çıxış edərək Mərkəzi Seçki Komissiyasının nəticələrini elan etdi və cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi
Prezident ona böyük etimad və dəstək göstərən xalqına təşəkkür etdi və bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunması üçün əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. 2003-cü ildə ilk dəfə Prezident seçiləndə dövlətin qarşısında duran bütün vəzifələri icra etməyə və xalqın etimadını doğruldacağını əmin etmişdi.Verdiyi vədlər arasında ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Prezidentimiz bu vədin öhtəsindən məğrurluqla gəldi.
Prezidentimizin dediyi kimi Azərbaycan xalqı üçün yeni dövr başlayır. Təbii ki, yeni dövrə qədəm qoyarkən Azərbaycan xalqı böyük ümidlərlə yaşayırıq və bu ümidlər Prezidentimizin sayəsində çin olacaq. O? öz cıxışında bəyan etdi ki,əldə edilən nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır.