Prezident Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvəsində əsas diqqəti Zəngəzur dəhlizinə çəkmişdir
Aygün Babayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi
İkinci Qarabağ müharibəsinin sonunda imzalanan 10 noyabr 2020-ci il bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".
Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Qeyd etmək lazmdırki, Zənzəgur dəhlizinin üç müstəvidə önəm kəsbedir: lokal, regional və interkontinental.Prezident Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvəsində əsas diqqəti Zəngəzur dəhlizinə çəkmişdir. Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Bildiyimiz kimi, yeni dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Zəngəzur bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini biri-birinə bağlaması hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verə bilər.
Dəhlizin regional müstəvidəki önəminə nəzər yetirsək bir neçə faktor üzə çıxır. Bir tərəfdənTürkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Bildiyimiz kimi, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır. Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətdən bunu təmin edən Türkiyə, analoji xətti Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə edəcəkdir. Zəngəzur dəhlizinin gerçəkləşməsi həmdə Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Naxçıvana tranzit məsələsinin təsirini azaldacaq.
Bundan əlavə, Zəngəzur dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətli nüansdır.
Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyətinə gəldikdə isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan isə Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir.
Cənab Prezidentin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin işə düşməsi təkcə ölkəmiz üçün deyil bütün region, xüsusilə türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.