Prezident Milli Məclis tərəfindən lazımi addımların atılacağını bəyan etmişdir
Aygün Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 262 saylı körpələr evi - uşaq bağçasının müdiri
Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmiz üçün yeni bir inkişaf mərhələsi başladı. Bir sıra islahatlar heyata keçirildi ki, bu islahatların dərinləşməsi parlamentdən yan keçə bilməzdi. Prezident İlham Əliyev 10 mart 2020 ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin VI Çağırışını etdi. VI Çağırış Milli Məclisin fəaliyyətə başlamasından 3 il ötür. Yeni tərkibdə formalaşan Milli Məclis islahatlara yeni təkan vermişdir. Cənab Prezident çıxışı zamanı bir sıra mühum məqamlara toxunmuşdur. O demişdir ki, Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalı , dünyəvilik prinsipi daha geniş bərqərar olmalı , gənclər milli ruhda tərbiyə almalıdır.
Altıcı Çağırış Milli Məclis fəaliyyətinin ən əsas istiqaməti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin təkmilləşdirilməsi idi. Cənab Prezident çıxışı zamanı vurğuladı ki, yeni tərkibdə formalaşan Milli Məclis nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verməlidir. Eyni zamanda hakimiyyətin müxtəlif qolları arasında qurulan əməkdaşlıq ölkəmizin inkişafının həyata keçirilçəsinə müsbət təsir göstərməlidir. Parlament xalqın maraqlarını ifadə etməli, problemlərinə bələd olub həmin istiqamətdə addımlar atmalıdır. Altıncı Çağırış Milli Məclis ölkəmizdə aparılan genişmiqyaslı islahatlara öz tövhəsini vermişdir. Deputatların üzərinə böyük vəzifələr düşdüyünü vurğulayan cənab Prezident Milli Məclis tərəfindən lazımi addımların atılacağını bəyan etmişdir.
Cənab prezidentimizin çıxışı proqram xarakteri daşıyırdı. Həmin çıxışdan sonra önəmli addımlar atıldı. Altıncı çağırışdan ötən üç il ərzində Milli Məclis öz missiyasını uğurla yerinə yetirdi. Bunu istər 44 - günlük Vətən müharibəsi dövründə, istərsə də pandemiya dövründə görmək olardı. Bütün bu vəzifələrin uğurla yerinə yetirilməsi Milli Məclisin hər bir üzvündən yüksək peşəkarlıq, məsuliyyət və yüksək keyfiyyət tələb edirdi.
Milli Məclis ölkəmizdə aparılan islahatlara cavab verən ali orqan kimi özünü təsdiqlədi.