Prezident İlham Əliyevin növbəti diplomatiya zəfəri
Şərif Hüseynov
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayonu 280 nömrəli tam orta məktəbin müəllimi
44 günlük müharibənin məntiqi yekunu olan üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycan və Ermənistan arasında çoxillik münaqişəyə son qoyuldu. Sonrakı dövrdə də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli görüşlərin keçirilməsi və müvafiq bəyanatların verilməsi davam etdirildi. Bu görüşləri Azərbaycan və Ermənistan Respublikaları arasında sülh sazişinin imzalanmasına hazırlıq kimi qiymətləndirmək olar.
Münaqişənin yekunlaşmasından sonra Azərbaycan Ermənistan ilə sülh sazişinin imzalanması üçün beynəlxalq normalara uyğun olaraq 5 prinsipi şərt kimi irəli sürdü. Lakin Ermənistan müxtəlif vasitələrlə sülh sazişinin imzalanmasından yayınmağa çalışır. Belə ki, mina xəritələrinin Azərbaycana verilməməsi, cəbhə xəttində təxribatlar törətməklə KTMT üzvlərinin dəstəyini almaq cəhdləri və bir sıra dövlətlərin vasitəsilə Azərbaycana təzyiqlər göstərilməsi buna bariz misaldır. Ötən 2 il ərzində bütün bu cəhdlərin qarşısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə alınmışdır. Bu baxımdan tərəflər arasında 31 oktyabr 2022-ci il tarixli görüş xüsusilə diqqətəlayiqdir.
Belə ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü Ermənistanın növbəti diplomatik fiaskosu adlandırmaq olar. Çünki bu görüş zamanı Ermənistan tərəfinin bütün mənfur niyyətlərinin qarşısı qətiyyətlə alındı. Ermənistanın bu mənfur niyyətlərini aşağıdakı kimi sırlamaq olar
- "Dağlıq Qarabağ " və onun "statusu" məsələsini yenidən gündəmə gətirmək cəhdi.
- Sərhədlərin delimitasiyası və demarkasiyas prosesində müəyyən güzəştlərə nail olmaq cəhdi.
- Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı məsələnin müzakirəyə çıxarılması cəhdi.
Görüş zamanı Vladimir Putinin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” bəyanatı və İlham Əliyevin “Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” fikri mövqeyimizi əyani göstərdi.
İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik” bəyanatı Ermənistanın Qarabağla bağlı niyyətlərini puça çıxardı. Yekun bəyanatda da bu barədə heç bir qeydə yer verilmədi. Son olaraq görüş zamanı tərəflərin ərazi bütövlüyünə hörmət prinsipini birdaha vurğulanması və Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı təklifinin rədd edilməsi ilə Ermənistanın bütün niyyətlərinin üstündən xətt çəkildi.
Son bir ildə Ukraynada davam edən münaqişə fonunda dünyada enerji böhranın yarandığı bir dövrdə neft və qaz ixrac edən Azərbaycanın mövqeyi daha da güclənmişdir. Artıq Ermənistanın Azərbaycanla sülh sazişini imzalayıb mehriban qonşuluq münasibəti yaratmaqdan başqa heç bir seçimi qalmamışdır.