PREZİDENT İLHAM ƏLİYEVİN 2025-ci İL AVQUSTUN 21-də KƏLBƏCƏR ŞƏHƏRİNDƏ SAKİNLƏR QARŞISINDA ÇIXIŞI HAQQINDA TƏƏSSÜRATIM

PREZİDENT İLHAM ƏLİYEVİN 2025-ci İL AVQUSTUN 21-də KƏLBƏCƏR ŞƏHƏRİNDƏ SAKİNLƏR QARŞISINDA ÇIXIŞI HAQQINDA TƏƏSSÜRATIM

Rəşad Mürşüdov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı RİH- nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Ulu Öndər Heydər Əliyevin uğurlu yolunun ən uğurlu davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini ləyaqətlə yerinə yetirərək 30 illik Qarabağ həsrətimizə son qoyduqdan sonra, bütün qüvvələri işğaldan azad olunmuş bölgələrin abadlaşdırmasına, yurd həsrətli soydaşlarımızın ata-baba yurdlarına qayıtmalarına səfərbər etdi. Elə avqustun 21-də Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev cənablarının və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər səfəri zamanı 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlər qarşısında möhtəşəm çıxışında bunun canlı şahidi olduq.

Möhtərəm Prezidentimiz Kəlbəcər sakinlərini salamlayıb, ata yurdlarına dönmələri münasibətilə təbrik edərək, dedi ki, 32 ildən sonra doğma ata-baba yurdunuza xoş gəlmisiniz! Prezident sakinlərin sevincini bölüşərək fərəhlə vurğuladı: "Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək".

İşğal dövründə Uşaq bağçalarında, yataqxanalarda və ayrı-ayrı yerlərdə əziyyət çəkərək yaşayan sakinlərin kədərli anlarının arxada qaldığını diqqətə çatdırıb təəssüflə qeyd etdi: "Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrinin işğalı kimi, böyük faciə idi' Laçın. Şuşa faciələrindsn sonra, Kəlbəcərin işğalından təəssüflə danışdı: "Kəlbəcərin 1993-cu ilin aprelin əvvəlində işğal altına düşməsi məhz o vaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər".

Prezident İlham Əliyev mahir sərkərdə kimi, Birinci və İkinci Qarabağ müharibələrində mənfur havadarları və ermənipərəst qüvvələr tərəfindən təmin olunan ermənilərin zəifliyini, yaltaqlığını çox gözəl xarakterizə etdi: "İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təxminən 5-6 milyard dollar dəyərindədir". Prezidentin də çıxışında qeyd etdiyi kimi, müflisləşmiş Ermənistana bu silahlar hədiyyə olunurdu ki, təki müharibə davam etsin.

Bəli, dövlət başçımızın Prezidentliyi dövründə iqtisadi güc hesabına qurulan güclü ordu və bu illər ərzində yetişən, ölümün özünə meydan oxuyan qəhrəman oğulların - müqəddəs şəhidlərimizin qanı, Rəşadətli ordumuzun şücaəti, Ali Baş Komandanın hərbi-diplomatik məharəti sayəsində, diğər bölgələrimiz kimi, artıq dağlar diyarı Kəlbəcərimiz də doğma sakinlərini qoynuna alır. İşğaldan azad olunmuş bölgələrimizdə xüsusi canlanma var.
Prezidentimizin qeyd etdiyi kimi, Zəngilana kimi dəmiryolu gələn il başa çatır, Naxçıvan Muxtar Respublikasının dəmir yolu tam müasirləşəcək. Bundan sonra erməni vəhşilərin vurduğu yaraları sağaldacaq, işğaldan azad olunmuş ərazilərə yeni nəfəs gətirəcəyik. Ancaq erməni vəhşiliyi unudulmayacaq. İkinci Qarabağ Müharibəsindən sonra, ermənilər vasitəçilər tərəfindən ərazini tərk etmək üçün aldıqları vaxtdan sui istifadə edərək, yaşadıqları evləri yandırıb, ağacları qırdılar, qabağına keçən hər şeyi məhv etdilər.

Qalib xalqın qalib prezidenti yerində vurğuladı: "Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək".

Sakinlərin minnətdarlıq çıxışlarından sonra, yenidən  maraqlı, dolğun məzmunlu nitqini davam etdirən prezidentin sakinlərə xoş müjdəsi xüsusilə diqqətəlayiqdir: "Bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görə Avropada 5-ci tuneldir. Təxminən 12km. uzunluğunda ən böyük tunel. Amma yol boyunca 5 tunel artıq var. Ən uzun tuneli də biz bu gün açdıq". Uzağı 7-8 aya Kəlbəcəri ölkəmizin qərb bölgəsi ilə birləşdirəcək qısa yolun istifadəyə veriləcəyini vurğulayan prezident, Naftalandan gələn Ağdərə-Kəlbəcər yolunun inşası, üçüncü istiqamət Kəlbəcər-Laçın yolunu diqqətə çatdırıb,  çətinliklə də olsa, Kəlbəcərə də yaxın olan Laçının Qorçu kəndində Beynəlxaq Hava Limanının ötən il istifadəyə verilməsini qeyd edərək, nəticədə, turizmin inkişafı üçün yaranan gözəl şəraitdən - üç istiqamətdən yol - Gəncə -, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, - üç istiqamətdən rahat əlaqələndirmə sayəsində daha böyük imkanlar yaradılacagını bildirdi.

Laçın şəhərində kanat yolun gələn il istifadəyə veriləcəyini qeyd edən Prezidentin ikinci kanat yolu - Xankəndi-Şuşa marşrutunun təməlinin qoyulduğunu, üçüncü kanat yolunun da Kəlbəcərdə olacağını xüsusi vurğulaması, möhtəşəm qələbədən sonra dinamik inkişafın barız nümunəsi kimi çox qürurvericidir!

Eşq olsun Dəmir Yumruqlu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə!