Prezident İlham Əliyevin dediyi kimi biz yeni eraya qədəm qoymuşuq
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şəhrçi
Biz artıq yeni dövrə başlayırıq. Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik fəaliyyəti öz nəticələrini verdi, biz düşmən tapdağı altında olan torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü tam olaraq bərpa etdik və bu gün də biz həmin ərazilərdə bərpa, yaradılıcıq-quruculuq işləri aparırıq. Biz öz ərazimizin təhlükəsizliyini qorumaq üçün ən əvvəl ordu quruculuğunu daim davam etdirməliyik. 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan ordusu öz şücaətini göstərdi, düşmən ordusunu darmadağın edərək kaputulyasiya sənədinə qol çəkməyə məcbur etdi. Biz həmin dövrdə də ən yeni texnoloji silahlardan istifadə etdik və düşmənin başına mərmilər yağdırdıq, məğlub etdik. Keçən dövr ərzində də boş dayanmamışıq, hərbi sənayemizi inkişaf etdirmişik. Buna misal olaraq, bu günlərdə Azərbaycan Prezidentinin PUA Akademiyasında olması və orda "Akınçı" Pilotsuz Uçuş Aparatının məşq uçuşunda iştirak etməsini deyə bilərik. Digər yeni uçuş aparatlarının istehsalını da artıq Azərbaycan özü edir. Bunun üçün yerli milli kadrlar yetişdirilib, bu sahədə ciddi işlər gedir. Eyni zamanda biz artıq xaricə silah-sursat satırıq. Bunlar son nəsil silah-sursatdır, Azərbaycanda istehsal olunur və bu da bizim hərbi gücümüzün faktorudur.
Yeni dövrə qədəm qoyduğumuz üçün qarşımızda böyük məsələlər durur. Əsası güclü ordumuzu daha da gücləndirməkdir. Bunun üçün yeni komandalar yaradılır, onların sayı artırılır.Xüsusi təyinatlıların sayı 2-ci Qarabağ Müharibəsindən sonra qat-qat artırılıb, hərbi qulluqda iştirak edən əsgər və zabitlərimizin yaşayış şəraiti yaxşılaşdırılır, maaşları artırılır. Bunlar hamısı faktorlardır, artıq gənc nəsil yetişir ki, onlar da Vətəni canı, qanı ilə qorumağa hazır olduqlarını göstərirlər. Təbii ki, dövlətin əsas istiqamətlərindən biri hərbi sahə sayılır. Hərbi gücümüz olmasa, sabah bizi əhatə edən düşmənlərimiz torpaqlarımızı zəbt, işğal edərlər. Biz bir daha çətin vəziyyətə düşərik. Buna görə də biz daima ordumuzun güclənməsi üçün çalışmalıylıq. Bu yöndə işlər aparılır. Dövlət büdcəmizdən ən çox məbləğ müdafiə sahəmizə ayılırmış məbləğdir.
Qeyd etdik ki, biz artıq ərazi bütövlüyümüzü bərpa etdik, təhlükəsizliyi qorumaq üçün bizim sərhədçilərimiz orda çalışır. Sərhədlərin təhlükəsizliyinin gücləndirilməsi üçün də yeni infrastrukturlar yaranır. Yeni texnoloji silahlarla təmin olunurlar. Ermənilərin hansı hərəkəti etdiyini uzaqdan da olsa müşahidə etdik və onlara layiqli cəza verdik. Həmin görüntüləri də beynəlxalq təşkilatlara göndərdik ki, baxın, bizə qarşı olan təxribatlardır və nəticələdir. Buna görə də biz sərhədlərimizin mühafizəsini gücləndiririk, onlara lazım olan texniki təminatı ən son avadanlıqlarla təchiz edirik. Sərhədlərin qurulması çox vacib məsələdir və təbii ki, bizim əsgərlərimiz onları göz bəbəkləri kimi qoruyurlar. Sərhədlərin qorunmasının bariz nümunəsi də Çexiya vətəndaşının Azərbaycana keçərkən mina sahələrindən heç bir zərər görmədən bizim əraziyə keçməsi oldu. Bu da təəccüb doğurur. Amma ayıq olan sərhədçilərimiz onu saxladılar və Çexiya vətəndaşı hazırda dindirilir. Azərbaycanın ərazisini tanımayan, bizim ərazimizdə olmayan insan birdən-birə minalı sahəni asanlıqla keçərək gəlib, çünki, həmin adam elə belə gəlməyib. O xarici xüsusi xidmət orqanları tərəfindən Ermənistanla birgə hazırlanıb və Azərbaycan ərazisində kəşfiyyat pozulucuq əməllərini həyata keçirmək üçün göndərilib. Sərhədçilərimiz vaxtında qarşısını aldı. Buna görə də bizim bu gün də xarici təhdidlərdən qorunmaq üçün güclü qoşunlarımız olmalıdır.
Cənab Prezident öz çıxışında yeni eraya qədəm qoyduğumuzu bildirdi. Biz artıq müstəqil, ərazisi tam bərpa olunmuş Azərbaycanda yaşayırıq. Bizim qarşımızda duran çox böyük məsələlər var və onlardan əsası da bizim ideoloji məsələlərimizdir. Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycançılıq ideologiyasıdır. Azərbaycan məfkürəsidir. Bu da son illər Azərbaycanlı gənclərin beyninə, ruhuna o qədər yayılır ki, onlar əli yalın Şuşanı azad etdilər. Bu doğurudan da dünyanın hərb tarixində görünməmiş məsələ oldu. Elə sıldırımlı qayalarla çıxacaq torpağı azad etdilər. Bu doğrudan da, Azərbaycan Ordusunun qəhrəmanlıq tarixidir. Şuşanın alınması taktikası bir çox ölkələrdə, ABŞ-də hərbi məktəblərdə öyrənilir. Cənab Prezident də dəfələrlə qeyd etdi ki, bizim yeni yetişən gənclər elə bir milli, mənəvi ruhda böyüdülər ki, onlar həmişə torpaqlarımızın azad olunması üçün hazır oldular. Bu gün bizim hərbi məktəblərdə minlərlə tələbə hazırlaşır. Əksəriyyəti də Vətəni, torpağı qorumaq üçün. Bu gənclərin milli ruhda tərbiyyə almaları ilk növbədə ailədən başlayır.
Artıq hər bir Azərbaycan ailəsi müharibə dövründə Ali Baş Komandanın ətrafında birləşdi və ona inanıb, etibar etdi. Bu etibarı da Azərbaycan Prezidenti doğrultdu, Zəfər qələbəsi çaldı. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində də xalq özünün etibar etdiyi, inandığı Ali Baş Komandanı yenidən Prezident seçdi. Onunla yeni bir eraya qədəm qoyur. Mən inanıram ki, Azərbaycanda hər bir ailə uşaq anadan olandan ona ana südü ilə bərabər həm də Azərbaycançılıq məfkürəsini yedizdirirlər, beyninə işlədirlər. Məktəblərimizdə bu sahəyə çox ciddi fikir verilməlidir. 5-ci sinifdən hərbi dərslər keçirilməlidir.
"Müharibə bitib, qələbə çalmışıq" ifadəsi düz deyil, biz hər an, hər zaman, bundan 50-100 il sonra da hazır olmalıyıq ki, bizim əhatəmizdə düşmən var. Azərbaycanı darmadağın etməyə, məhv etməyə çalışan qüvvələr var, ancaq onlar buna nail olmadıqlarına, bizim güclü ordumuz olduğuna görə bu ideyadan çəkinsələrdə, hələlik bu, qalır. Bizim gənc nəsil tərbiyyə almalı və hərbi peşələrə yiyələnməlidirlər.Bu gün dünyada gedən texnoloji inqilablar bizdən yan keçmir, bizim minlərlə gənclərimiz var ki, bu texnoloji sahəni öyrənirlər. Xaricdə dünyanın qabaqcıl universitetlərində təhsil alan tələbələrimiz, milli kadrlarımız var. İnanıram ki, onlar da oxuyub, gəlib Azərbaycanımıza xidmət edəcəklər. Bu gün çox qürur vericidir ki, Azərbaycanlı tələbə Amerikada hərbi pilot məktəbini bitirib, orda böyük hava xətti uçuşlarına kapitan kimi cəlb olunub. Yaxud da, İngiltərədə təhsil alan tələbəmizi orda müəllim kimi saxlayıblar. Belə faktlar çoxdur, bizim Azərbaycanlı gənclər həddindən artıq ləyaqətlidirlər. Biz bunları davam etdirməliyik və bu dövlət siyasətində əsas yeri tutmalıdır. Başlanan yeni dövrümüz xalqımıza, dövlətimizə uğur gətirəcək. Xalqın hər bir nümayəndəsi xalqın, dövlətin yanında olmalıdır. Hər birimizə bu yolda uğurlar!"