Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda son illər ərzində, iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Prezident İlham Əliyev: “Son 20 ilin tarixi göz qabağındadır. Çıxışında bəzi məsələləri vurğulayıb. 2003- cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki xalqın gələcəyi mühüm amillərdən biri idi. 1993-2003 – cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bu günki dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı. Bu gün 2024- cü ilə suverenliyini tam bərpa etmiş bir ölkə kimi, xalq kimi başlayırıq. Yeni dövrün tarixi məhz sentyabrın 20-dən sonra başlayır. Azərbaycan son 30 – ilin qurbanı olmuşdu. Bu illər xalqın yaddaşında qurtuluşun ilk addımı kimi həkk olundu. Heydər Əliyev siyasəti addım-addım xalqı qanlı münaqişələrdən, işıqlı sabaha üzüağ, alnıaçıq çıxardı. Ata vəsiyyətini hesab edirəm ki, layiqincə yerinə yetirdim. Prezident çıxışında onu da vurğuladı ki, Qarabağda , Xocalıda, Xankəndində Üçrəngli bayrağımızın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi oldu.
Jurnalistlər eləcə də 10 noyabr üç tərəfli bəyanatına münasibət bildirməyi Pezidentdən xahiş etdilər. Prezident bu suala cavab olaraq bildirmişdir ki: “10 Noyabr hadisəsi də 1 dövr idi və müharibə nə ilə nəticələnəcək. Noyabrın 8-də mən tam deyə bilməzdim, çünki noyabrın 8-i Şuşa azad edildi. Qış mövsümünə düşən müharibə bizi çətin vəziyyətə salmışdı. Lakin bunu nəzərə alaraq Kəlbəcər və Laçın rayonlarını ləyaqətlə və çətinliklərdə olsa azad etdik. Əlbəttə, şəhid övladlarımızın sayəsində. Bu, 44 günlük qanlı münaqişənin sonunu qoydu. Ermənistanı diz çökdürdük. Və beləliklə, üçtərəfli bəyanat imzalandı. Rusiya Prezidentinin iştirakı ilə gerçəkləşən bu müqaviləyə Ermənistan baş naziri çətinliklə də olsa imza atmağa məcbur oldu. Antiterror əməliyyatları bir daha onu sübut etdi ki, onlar öz çirkin əməllərindən qalmırdılar. Hətta üçtərəfli bəyanat imzalandıqdan sonra hərbi sursat toplayaraq yenidən azad olunmuş rayonlara atəş açırdılar. Amma onların bu arzusu ürəklərində qaldı və separatçılar torpaqlarımızdan təmizləndi.
Fransanın iki tərəfli oyunu BMT təhlükəsizlik Şurasının qətnamələrini qəbul etməyən Ermənistan onların bir növ oyuncağına çevrilmişdir. Fransa Bakıdan neə istəyir sualına ölkə Prezidenti belə cavablandırmışdır: “Fransanın əlbəttə, siyasi müstəvidə çıxışı hamıya məlumdur. Erməni lobbilərinin çoxluq təşkil etdiyi ölkə ermənipərəst olmaqla yanaşı, Avropa ölkələrini də inandırmağa çalışırdı ki Azərbaycan işğalçı dövlətdir. Mən öz çıxışımda dönə- dönə qeyd etmişdim və sübut etdim ki, Erməni torpaqlarımızı zəbt edib və qeyri-şərtsiz də torpaqlarımızdan çıxmalıdırlar. Buna da nail olduq.
Prezident seçkilərinin təkrarına münasibət bildirən İlham Əliyev xalqın diqqətinə çatdırmışdır: “20 illik fəaliyyətim nəticəsində çalışmışam ki, xalqa, millətə qulluq edim. Əsas hədəfim Qarabağ torpaqlarının azadlığı idi. Buna tam nail oldum. Əlbəttə ki, şəhidlərin qanı, canı bahasına. Bir daha Allah şəhidlərimizə rəhmət etsin. Biz bütün bu çətinlikləri arxada qoyduq. İndi yeni dövr, yeni gün başlayır. Köçkünlərimiz hissə-hissə öz dədə-baba torpaqlarına dönür. İlham Əliyev: “Mən belə hesab edirəm ki Prezident öz xalqı, öz milləti üçün çalışmalıdır. Görülən işlər göz qabağındadır. Azərbaycan yaşayıb və yaşayacaq.”
Xalqın səsi İlham Əliyevə güc-qüvvət verəcək. Yaşasın Üçrəngli bayrağımız!