Praqa görüşü sülh sazişinin imzalanması üçün ciddi zəmin yaratmışdır

Praqa görüşü sülh sazişinin imzalanması üçün ciddi zəmin yaratmışdır

Məhsəti Sadiqli

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayon 203 saylı Körpələr Evi uşaq baxçasının müdir əvəzi

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilən görüş diplomatiya tariximizin növbəti qələbəsidir. Görüşdən sonra verilən bəyanatda  Azərbaycan və Ermənistanın BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu təkcə Ermənistanın deyil ərzi bütövlüyümüzü, suverenliyimizi tanıması demək deyil, eyni zamandan Avropa İttifaqına üzv olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir.

Xatırlatmaq yerinə düşərdi ki, Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanaraq SSRİ-nin dağılmasını rəsmiləşdirən və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Həmin zaman bəyannaməni keçmiş SSRİ-nin 12 ölkəsi  imzalamışdır. O günün reallıqları fərqli idi. Azərbaycan tarixinin şanlı səhifəsi olan 1993-cü il tarixindən başlayaraq vəziyyət kökündən dəyişməyə başlamışdır. Bu gün artıq Azərbaycan öz sözünü diktə etməyi bacarır.

Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir. Bu zəfər ölkəmizin siyasi platformada  güc sahibi və söz sahibi olduğunu göstərir. Azərbaycanın bu görüşə həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən  dəvət edilməsi deməyə əsas verir ki, yaradılan əlaqələrin çox gözəl perspektivləri var. Müzakirələrin yeni başladığı, Avropa Siyasi Birliyi adlanan bu yeni platformaya Avropa ittifaqına üzv 127 ölkə və Qərbi Balkan, Cənubi Qafqaz Ölkələri, Böyük Britaniya, Türkiyə və İsrail qatılır. Bu böyük miqyasdır.

Hesab edirəm ki, Praqa görüşü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi zəmin yaratmaqla bərabər əksər problemli məqamlara aydınlıq gətirilməsinədə səbəb oldu. Praqa görüşündə Ermənistanın baş naziri Paşinyanın müəyyən məqamlarla bağlı konkret mövqe ortaya qoya bilməsi apardığı qeyri-adekvat siyasətdən xəbər verir. Naxçıvana dəhliz məsələsində Paşinyanın susqunluğu  onun müstəqil iradəyə malik olmadığını göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan  müəyyən qüvvələr, kənar güclər tərəfindən idarə olunur. Məhz buna görə də Paşinyan dəhliz məsələsində müstəqil qərar verə bilmir.

Görüş bitdikdən sonra Möhtərəm Prezident İlham Əliyev televiziya kanallarına müsahibə verib. Bu müsahibələr dünyaya verilən mesajlarla dolu idi. O bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə bəzi istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparacaq, ilk növbədə də enerji sahəsində. Avropa İttifaqının bizim üçün çox önəmli tərəfdaş olduğunu və yeni saziş üzərində iş aparıldığını, sazişin böyük əksəriyyətinin artıq razılaşdırılmağı  barədə danışan  Prezident İlham Əliyev Azərbaycanın coğrafi vəziyyətinin Avropa üçün çox önəmli olduğundan nəqliyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaradıldığını bildirib. Avropanın Azərbaycana etibarlı tərəfdaş kimi baxması bizim önümüzdə yeni üfüqlər açacaqdır.