Pakistanla hərbi əməkdaşlığımızı daha da yüksəltməliyik

Pakistanla hərbi əməkdaşlığımızı daha da yüksəltməliyik

Vəfa Əzizova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı  Rayon 114 nömrəli tam orta məktənin müəllimi

15 iyun Pakistanın Baş naziri  ölkəmizə səfəri zamanı Prezident  cənab İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olmasını vurğulayıb. Dövlətimiz müstəqillik qazandığı ilk gündən müstəqilliyimizi  və ərazi bütövlüyümüzü tanıyan dövlətlərdən Türkiyə, Pakistan, İsaril dövlətlərini nümunə göstərə bilərik. Bu dövlətlər bizimlə həmrəylik göstərərək Ermənistanın təcavüzünə qarşı tədbir olaraq onlarla bütün siyasi, iqtisadi, mədəni əlaqələri dayandırmışdı.

Prezident cənab İlham Əliyev rəsmi görüş zamanı bildirmişdi ki, biz  44 günlük Vətən müharibəsində də torpaqlarımızı işğaldan azad edərkən Pakistan dövlətinin və digər qardaş, dost dövlətlərdən  olan Türkiyə və İsrail dövlətinin mənəvi dəstəyini daha çox gördük. Bizim məqsədimiz hal hazırda regionda sülhü əmin-amanlığı sülh müqaviləsinin imzalanması ilə təmin etməkdir. Lakin Ermənistan hal hazırda sülh müqaviləsinin imzalanmasını sərhəddə  müxtəlif təxribatlar törətməklə yubatmağa çalışır. Biz inanırıq ki,sülh müqaviləsinin imzalanmasına da ən yaxın zamanda nail olacağıq.

Bu səfər zamanı ölkələrimiz arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqələr ətraflı müzakirə olundu. Ölkələrimiz arasında bu əlaqələrin daha da geniş sahələri əhatə etməsinə dair razılıq və anlaşmalar əldə edildi. Əməkdaşlığın daha yüksək həddə çatdırılması diqqətdə saxlanıldı. Xüsusən Prezident cənab İlham Əliyev dünyanın hal-hazırda hər an dəyişən sabitliyini vurğulayaraq hərbi sahədə də əməkdaşlığımızın daha da artırılmalı olduğunu bildirdi. Türkiyə  və İsrail dövləti ilə imzalanan hərbi əməkdaşlıq çərçivəsinə uyğun yeni nəsil silahlanma güc qazanma və öz hüquqlarımızı dövlət olaraq qorumaq naminə Pakistanla da hərbi əməkdaşlığımızı daha da yüksəltməliyik. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Prezidentimizlə həmfikir olduğunu mövqelərinin uyğunluq təşkil etdiyini bildirdi.

Həmçinin Baş nazir ölkəmizə səfəri zamanı şəhərimizin təmizliyinə və abadlığına diqqət yetirdiyini bu sahədə öz ölkələri üçün bizim abad və təmiz  şəhər layihələrimizdən təcrübə olaraq faydalanmağın marağında olduğunu bildirdi. Müharibənin ölkəmizə dəyəri milyonlarla ölçülən maddi zərər vurmasından başqa ekoloji zərər də yetirdiyini hər bir rəsmi nümayəndə yaxşı bilir. Prezident cənab İlham Əliyevin daxili siyasətində prioritet yer tutan məsələlərdən biri də məhz dövlətimizin ərazisinin abadlığı və ekoloji təmizliyinin qorunmasıdır. Eyni zamanda qonaq ölkəmizin neft qaz layihələrindən yararlanmaqda maraqlı olduğunu bildirdi.

Artıq Bakıdan İslamabada birbaşa təyyarə uçuşlarının açılması da danışıqların müzakirə və razılaşma mövzularına daxil idi. Azərbaycan Hava yollarından Bakıdan Kəraçi və Lahora da birbaşa uçuşların təmin olunmasına ən qısa zamanda başlanılacaq.

Pakistanın Baş naziri Ulu Öndər Heydər Əliyevə olan hörmət ehtiramını göstərmək üçün  Ulu Öndərin məzarını ziyarət etdi. Baş nazir səfəri zamanı  şəhərimizdə bir sıra yerlərdə Pakistan bayrağının da asıldığını görüb məmnun olduğunu bildirdi.

Baş nazir Prezident İlham Əliyevə Pakistan məhsullarından olan xüsusilə Basmati  düyü brendinin Azərbaycan supermarketlərində satışının təmin olunması üçün hər cür rüsumların aradan qaldırılmasına görə təşəkkürünü bildirdi.

Baş nazir ölkələrimiz arasında tələbə mübadiləsinin daha da artırılmasına diqqətin artırılmasının vacibliyini vurğuladı və bu sahədə də maraqlarımızın qarşılıqlı uyğunluq təşkil etdiyini bildirdi. Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu bildirən Baş nazir ölkəmizə səfərindən məmnunluq duyduğunu bildirdi.