Pakistan Azərbaycanın güclü orduya sahib bir dövlət olmağında maraqlıdır

Pakistan Azərbaycanın güclü orduya sahib bir dövlət olmağında maraqlıdır

Vaqif Qurbanov 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert

Yeni dünya düzənində geosiyası və geostrateji vəziyyətlərin sürətlə dəyişməsi, ölkələrin öz təhlükəsizliyi və suverenliyini qoruyub saxlaması baxımından bir-birləri ilə strateji tərəfdaşlıq etməsini zəruri hala çevrilmişdir. Hal – hazırda davam edən Rusiya – Ukrayna münaqişəsi, o cümlədən Azərbaycan və Ermənistan arasındakı münaqişə nəticəsində yaranan siyasi və hərbi qütübləşmə, kollektiv təhlükəsizlik sipərinin formalaşdırılmasının vacibliyinin ön plana çıxmasına səbəb olmuşdur. Fərqli coğrafi mövqelərdə yerləşməyinə baxmayaraq Azərabycan və Pakistan daim bir mövqedən cıxış etmiş və düşmənlərinə qarşı eyni mövqedə olduqlarını sarsılmaz və əbədi qardaşlıq münasibətləri ilə  göstərmişdirlər. Çünki bu münasibətlər ortaq tarixə, mədəniyyətə və dini dəyərlərə malikdir.

Ölkələrarası münasibətlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha da inkişaf etdirilərək ən yüksək süəviyyəyə çıxarılmışdır. Bu ənənə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Cənab Preziden İlham Əliyev tərəfindən bu gündə uğurla davam etdirilməkdədir.  Azərbaycan, Türkiyə və Pakistan ölkə başçılarının birgə səyləri nəticəsində ölkələr arasında siyasi, iqtisadi və hərbi  əməkdaşlıq yüksələn xətlə inkişaf edərək strateji müttəfiq səviyyəsinə yüksəlmişdir. Bu da ölkələrin siyasi, iqtisadi və hərbi cəhətdən qarşılaşdığı problemləri birgə həll etməyə imkan yaradır. Onu da qeyd etmək istərdim ki, Pakistan İslam Respublikası Azərbaycan öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Qarabağ münaqişəsinə görə  Ermənistanı bu günə qədər bir dövlət kimi tanımayan və onunla heç bir siyasi, iqtisadi əlaqələr qurmayan yeganə dövlətdir. Bütün beynəlxalq tədbirlərdə daim Azərbaycanın mövqeyini müdafiə edərək Ermənistanın işğalçı siyasətini pisləmişdir. BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında mühüm rol oynayaraq siyasi dəstək vermişdir.

Azərbaycan öz nəvbəsində Kəşmir məsələsində həmişə bütün nüfuzlu beynəlxalq təşkilatlarda və tədbirlərdə Pakistanın mövqelərini dəstəkləyərək onun yanında olduğunu göstərmişdir.  Hərbi müstəvidə Azərbaycanın qurduğu çoxsaylı beynəlxalq əməkdaşlıq bu gün Azərbaycana böyük üstünlüklər qazandırmaqda, çoxsaylı müasir silah və hərbi texnikanın idxalına və ya birgə istehsalına imkan yaratmaqdadır.  Bu gün Azərbaycan və Pakistan arasında müxtəlif sahədə, o cümlədən də hərbi sahədə əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Pakistan, Türkiyə kimi Azərbaycanın güclü dövlətə və güclü bir orduya sahib olmasında maraqlıdır.

Azərbaycan Pakistanın inkişaf etmiş hərbi sənaye məhsullarını öz arsenalına daxil etməsi və şəxsi heyətin birgə təlimləri  yüksək döyüş qabiliyyətli ordunun var olmasında mühüm rol oynayır.  Güclü ordu ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır. 44 günlük Vətən Müharibəsində Tarixi Zəfər qazanan Azərbaycan öz hərbi gücüylə dünyaya ədalət dərsi vermiş oldu. Çünki bəzi dövlətlərin məsələyə ikili standartlarla  yanaşması nəticəsində problemin illərlə həll olunmayaraq qalmasına səbəb olmuşdur.

Türkiyə və Pakistan kimi həm siyasi, həm də hərbi cəhətdən güclü olan ölkələrin Azərbaycanla strateji müttəfiq olması dövlətimiz üçün bir avantajdır. Çünki tarixi zəfəri həzm edə bilməyən Ermənistan və onun havadarları Azərbaycanın ərazi bütövlüyü konteksində imzalanacaq sülh müqaviləsini istəmədiyindən bəzi məsələlər öz həllini tapa bilmir. Bunun üçün də Azərbaycanın güclü siyasi dəstəyə ehtiyacı var. İyunun 15 – də Pakistan islam respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri onu göstərir ki, Pakistan bir dövlət olaraq Azərbaycanın yanındadır.

Azərbaycan, Pakistan dövlətlərarası münasibətləri yüksək qiymətləndirən Prezident cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, ona görə də ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin firavanlığı, əlbəttə, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub.

Bu gün Pakistan hər bir Azərbaycan vətəndaşı tərəfindən sevilir və hər bir pakistanlı rəğbətlə qarşılanır. 44 günlük Vətən Müharibəsi zamanı bütün küçələr Turkiyə, Pakistan bayraqları ilə bəzədilmişdir. Bu xalqlarımız arasında yaranmış əbədi dostluq və qardaşlıq bağının ən gözəl göstəricisidir.