Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı təqdirəlayiqdir

Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı təqdirəlayiqdir

Şaiq Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosunun rəisi

Azərbaycan və Özbəkistan xalqını bir-birinə qədim tarixi köklər bağlayır. Türk soyundan olan bu iki xalqın dostluğu-qardaşlığı SSRİ dövründə Ulu Öndər Heydər Əliyevlə Şərəf Rəşidovun dosluğu sayəsində qorunub saxlanıldı, müstəqillik illərində indi isə bu səmimi dostluğun parlaq təzahürünü möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ilə 44 günlük müharibə dövründə bizimlə olan və Böyük Zəfərdən sonra da ilkin olaraq Qarabağın inkişafına dəstək verən Özbəkistan prezidenti Şafkat Mirziyoyevin timsalında daha aydın görürük. 

Necə ki bu dostluğun strateji müttəfiqliyə keçməsi barədə möhtərəm prezidentimiz iki dövlət başçısının mətbuata bəyanatı zamanı çox gözəl dedi: “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.

Maraqlı məruzəsində Özbəkistan futbolçularını birinci yerə çıxması münasibətilə bütün Azərbaycan xalqı adından təbrik edən dövlət başçımız qeyd etdi ki,  biz Özbəkistanın hərtərəfli sürətli inkişafına, beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına çox şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.

Bu görüş zamanı bir sıra sahələr üzrə nazirlərin iki ölkənin qarşılıqlı fəaliyyətinin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyəti bir daha təsdiqləndi.

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respubliokasının ikinci iclasının Qərarını imzaladılar. Demək olar ki, bütün nazirliklər üzrə sənədlər qarşılıqlı mübadilə edildi.Azərbaycan və Özbəkistan arasında ikitərəfli əlaqələrin sürətlə inkişafının bariz nümunəsi olaraq, mətbuata bəyanatında Azərbaycan Prezidenti vurğuladı ki, bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. 

Daha sonra Azərbaycan Prezidenti qeyd etdi ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. 

Bu gün Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsinin perspektivinə toxunan Azərbaycan Prezidenti vurğuladı li, biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir.

Hələ Sovet dövründən Azərbaycan-Özbəkistan pambıqçılarının təcrübə mübadilələrinin səmərəsini görmüşük. Bu Baxımdan, prezidentimizin də qeyd etdiyi kimi, özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdar olmalıyaq. 

Qarabağda Sosial təhsil infrastrukturunun ilk obyekti də məhz Özbəkistanın Füzuli şəhərində tikdirdiyi məktəbdir Həmçinin özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün Xankəndidə 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb.

Paytaxt Bakıda  Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının hər iki ölkənin prezidentlərinin  birlikdə iştirakı ilə açılışı, xüsusilə təqdirəlayiqdir. Bu gözəl binanın tikintisinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə həm minnətdarlığımı bildirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyev cənablarına biz də öz sonsuz təşəkkürümüzü bildiririk!