Otuz illik həsrətin Novruz sevinci
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT - nın sədri
Azərbaycan! Allahın yaratdığı dörd fəsli özündə birləşdirən gözəl diyar! Bu fəsillərdən ən gözəli yaz fəslidir. Təsadüfi deyil ki, bu fəsli mərhum Ulu Öndər, Yeni Azərbaycanın qurucusu Heydər Əliyev də sevərdi. Yaz fəslində torpaq canlanır, ətraf sanki qış yuxusundan oyanır. Yazın gəlişi adətən, Novruz bayramı şənlikləri ilə təsdiqlənir. Xalqımızın qədim adət-ənənəsi olan Novruz, uzun illər qeyd olunan bayramlardandır. Novruzun gəlişinə dörd həftə qalmış bizlər hər birimiz, dörd çərşənbə axşamlarını qeyd edərik. Bunlar su, od, yel, torpaq çərşənbələridir. Sonuncu çərşənbə axşamı, el arasında ilaxır çərşənbə axşamı adlanır.
Bəzi qədim şərq inanclarına görə, Novruz bayramında il təzələnir, yeni il gəlir. Bu Novruz xalqımız üçün çox fərqlidir, illər öncə dahi lider Heydər Əliyevin dediyi arzular həyata keçib. O deyərdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bu gün bu arzular artıq reallıqdır.
Çox sevindirici və qürurverici haldır ki, müzəffər ordumuzun qalib sərkərdəsi, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ata vəsiyyətinə əməl etdi və bu gün 30 il həsrətlə öz xalqını gözləyən torpaqlar artıq düşmən işğalından azad olunmuş və öz Novruz bayramı sevincini yaşayır. Artıq həmin torpaqlarən öz doğma sakinlərinə, milli adət-ənənələrə olan həsrəti bitmişdir. Qarabağ 30 illik həsrətdən sonra Novruz bayramı sevincini yaşayır! Artıq xarı bülbül boynu bükük, həzin və susqun deyildir. Bu yerlər, bayram ərəfəsində, öz dövlət başçısından tutmuş, sadə sıravi vətəndaşına qədər hər kəsə qucaq açıb.
Novruz bayramında, insanlar müəyyən adət-ənənələrdən, özünəməxsus qaydada istifadə edirlər. Belə adətlərdən, papaq atmaq, qulaq falı, üzük falı, səməni əkmək, tonqaldan tullanmağı, yumurta döyüşdürməyi və sairəni misal göstərmək olar. Bu bayramda mütləq səməni xonçası olur. Novruz adət-ənənələri tək bunlarla bitmir. Novruz bayramına aid olan xalqı birləşdirən bayram şənlikləri də olur. Bunlar, müəyyən olunmuş meydanlarda el gəzintiləri, incəsənət xadimlərinin çıxışları, bayram təbrikləridir. Bu bayram təbriklərinin ən başlıcası, dövlət rəhbərinin xalqına olan bayram təbrikidir. Keçən il bu təbrik Cıdır düzündən edilmişdir. Bu da xalqımızın zəfəridir.
Novruz bayramını eyni zamanda, dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı da adlandırmaq olar. Belə ki, bu bayramda, küsülülər barışır, hər bir evə insanlar bayramlaşmağa gedir, bayram payı aparılır.
Hər birimizə bu bayramda, su kimi saf ürək, od kimi hərarətli , gözəl, sevgi dolu həyat, yel kimi dərdlərimizin, azar-bezarımızın, xəstəliklərin, virusların getməsini, torpaq kimi elimizin bərəkətli olmağını arzulayıram. Xalqımın bu gözəl bayramda üzü hər zaman gülsün, anaların gözlərində yalnız sevinc göz yaşları olsun. Qoy Novruz hər el-obaya özü ilə xoş, ilıq nəfəs gətirsin.
Bayramınız mübarək olsun!