Hərbi birləşmələri bölgədən çıxır, qanunsuz silahlı birləşmə tərk-silah olur, qondarma qurum özünü buraxır

Hərbi birləşmələri bölgədən çıxır, qanunsuz silahlı birləşmə tərk-silah olur, qondarma qurum özünü buraxır

Mehman Əliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
SOCAR "Azneft" İB DQTKE İstehsalat Müəssisəsi Şöbə rəisi

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistan siyasi-hərbi rəhbərliyinə dəfələrlə edilən xəbərdarlığın nəticəsinin olmaması mənfur düşmənin Dəmir Yumruq üçün darıxıdğına işarə idi.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizə doğru sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməlləri tərəfimizdən aparılan müşahidələrlə təsbit edildi.

Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxması ilə mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini bir daha təsdiqlədi.

Beləliklə, Sentyabrın 19-u, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri başladı. İlk əməliyyatlarda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Azərbaycan Qarabağ bölgəsində keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri ilə separatçıları təslim etdi. Azərbaycan antiterror tədbirlərinə başlamazdan əvvəl üç şərt irəli sürmüşdü: Ermənistan hərbi birləşmələri bölgədən çıxır, qanunsuz silahlı birləşmə tərk-silah olur, qondarma qurum özünü buraxır. Yalnız bu şərtlər qəbul olunduğu təqdirdə danışıqlar başlaya bilər.

Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bir günə ermənilərə şərtləri qəbul etdirdilər. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxarıldı və tam şəkildə tərk-silah olundular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini birmənalı şəkildə tərk etdi, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Eyni zamanda paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi.

Bu, bir daha Ali Baş Komandan Cənab İlham Əliyevin qeyd etiyi kimi, Azərbaycanın öz ərazisində suveren hüquqlarını daima qoruyacağının təsdiqini göstərdi.