Ölkəmizdə bələdiyyə institutu tam olaraq formalaşmışdır
22.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Bülbülə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində bələdiyyələr artıq 26 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa, cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görür.
Daha sonra çıxış edən Suraxanı rayonu Bülbülə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Natiq Həsənov, Nəsib İsmayılov, Əlövsət Allahverdiyev, Günay Bağırova-Babazadə, Hökümə Muxtarova, Əsmayə Zülfəliyeva, Rəşad Nəsimanov və digərləri xüsusi qeyd etdilər ki, dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilmiş, bununla yanaşı yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilmişdir. Nəticədə, ölkəmizdə bələdiyyə institutu tam olaraq formalaşmış, ölkənin şəhər, qəsəbə və kəndlərində vətəndaşlarımızın rifahı naminə sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edən yerli özünüidarəetmə sistemi bərqərar edilmişdir
22.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi, Əmircan qəsəbəsi, Şəhid Nazim Kirxlarovun ailəsinin evi, Malik Mustafayev küçələrində namizədlər Aysel Şərifovanın, Emil Yusifovun, Cəlal Məhərrəmovun, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsində namizəd Aysel Şərifovanın, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Zaur Şərifov küçəsi, 6-cı binanın qarşısında namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Rəşad Rzayevin, Jalə Qibləliyevanın ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur. Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.