Azərbaycanda bələdiyyə anlayışının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub
15.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Hövsan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov Azərbaycanda bələdiyyə anlayışının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək dedi ki, bu gün də yerli özünü idarəetmə orqanı olan bələdiyyələr inkişaf edir və əhaliyə xidmət sahəsində fəaliyyətləri qənaətbəxşdir.
Daha sonra çıxış edən Suraxanı rayonu Hövsan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Elburus Xəlilov, İbrahim İbrahimov, Seymur Rəsulov, Sənan Əliyev, Könül Hümbətova, Nəzrin Mirzəli, Kəmaləddin Nəzərli, Məzahir Əhmədli və digərləri çıxış edərək özləri haqqında ətraflı məlumat vermiş, səyyar görüşlərdə vətəndaşların qaldırdıqları məsələlərə öz münasibətlərini bildirmişlər.
15.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi Atamoğlan Rzayev, Ruhid İslamli küçələrində namizəd Rəşad Yusifovun və Qaraçuxur qəsəbəsi Vüqar Quliyev, Ulduz parkı - R.Alıcanov küçələri, Yeni Günəşli A/B yaşayış sahəsi 50-ci, Yeni Günəşli D yaşayış sahəsi 6-cı binalarının qarşısında namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, Eldar Mirzəliyevin, Jalə Qibləliyevanın, İlham Mirzəyevin iştirakı ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.