Kəmalə Məmməova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 270 №-li tam orta məktəbin direktor əvəzi
Azdan-çoxdan siyasətlə maraqlanan hər kəsə məlumdur ki, bu gün dünyada çox ciddi qlobal dəyişikliklər yaşanmaqdadır. Yeni iqtisadi və hətta siyasi güc mərkəzləri yaranmaqdadır ki, bunlardan biri də türk dünyasıdır. Dünya gücləri türk xalqları birliyinin yaranmasına nə qədər qısqanclıqla yanaşsalar da bu prosses davam edir və belə görünür ki, qarşısı alınmaz xarakter almaqdadır. Bu mənada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistana səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki Özbəkistan türk dövlətləri içərisində əhalisinin sayına görə Türkiyədən sonra ikinci yerdədir. Onun paytaxtı Daşkənd şəhəri isə yaxın şərqin iqtisadi, siyasi, mədəni həyatında mühum mövqeyə malikdir. Belə bir şəhərdə Heydər Əliyev meydanının açılmasının əhəmiyyətinin artıq xüsusi vurğulamağa ehtiyac yoxdur. Çünki Heydər Əliyev şanlı bir tarixdir. Bu tarixin qardaş dövlətin həyatına da daxil olması xalqlarımızın sürətlə bir-birinə yaxınlaşması deməkdir.
Azərbaycan Özbəkistan dostluğu yeni hadisə deyil. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, Ulu Öndər Heydər Əliyevlə o zaman ki, Özbəkistan lideri Şərəf Nisanovic Rəşidovun dostluğu həmin dövrün sovet rəhbərlərinin dilindən düşmürdü. Buradaca Heydər Əliyevi yenidən xatırlayaq. Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.
Dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq. Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək, addımlarımızı planlaşdıracağıq.
Ulu öndər böyük bir uzaqgörənliklə deyirdi ki, o: “Mənim edə bilmədiklərimi, mənim davamçılarım edəcək”. Bu gün İlham Əliyev ömrün vəfasızlığı ucbatından Ulu öndərin edə bilmədiklərini məharətlə yerinə yetirməkdədir.
Yaşasın Özbəkistan – Azərbaycan dostluğu!