Ölkənin yaxın hədəfləri elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılmasıdır
Nizami Eminov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin direktor müavini
Odlar Yurdumuzun enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.
Bu gün ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrinin gündən-günə inkişaf etməsi, yaşıl enerjiyə keçidin təmin edilməsi məqsədilə həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hər bir sahədə olduğu kimi bu sahədə də uğurlu davamçı İlham Əliyev böyük işlər görmüşdür.
Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı.
Bu layihələr işğaldan azad olunmuş dilbər guşələrimizdə də uğurla həyata keçirilir. Belə ki, Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib.
Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Təbii ki, görülən işlər bununla bitmir, bu sadəcə layihələrin bir qismidir.
Ölkənin yaxın hədəfləri elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılmasıdır.
Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə dövlətimiz günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin başlanmasını artıq reallaşdırıb.Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada artan etimadının göstəricisidir.