Cənab İlham Əliyevin YAP-ın VII qurultayında çıxışı layiqli varislik nümunəsi idi
Badamxanım Kərimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 276 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi cənab Prezident İlham Əliyevin üç il ərzində ölkəmizdə baş verən dəyişikliklərin ictimai hesabıtına və ölkəmizin gələcəyi üçün görüləcək işlərin, uğurlu addımların imzası idi. Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış etdi. VII Qurultay iclasında YAP – ın ötən dövür ərzində gördüyü işlər, qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənildi. Ötən illərdə Yeni Azərbaycan Partiyasının 20 nəfər tərkib İdarə Heyəti var idi. Lakin, VII qurultayda həmin tərkib nümayəndələri artırılaraq 40 nəfər tərkib İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP – ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir.
Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı Yeni Azərbaycan Partiyasının yaranış tarixindən məruzə etməsi nostalji hisslərlə də yadda qaldı. Cənab Prezident ata vəsiyyətini yerinə yetirməklə varislik ideologiyasının vacibliyini, əhəmiyyətini bu günkü gənc nəsillərə ötürmüş oldu. Nəinki, bu günkü gənc nəsil, hətta gələcək nəsillər belə Yeni Azərbaycan Partiyasının qurucusunun, memarının kim olduğunu, YAP-ın yaranma tarixini, yarandığı zaman keçdiyi çətin yolları, çətin sınaqları öyrənməlidirlər. YAP Azərbaycanın aparıcı qüvvəsi Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ümumilli Lider Heydər Əliyevin Naxçıvanda çalışdığı dövürdə göstərdiyi əsil vətənpərvərliyi və öz xalqına olan sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Müstəqilliyin ilk illəri tarixi böhran, ölkədə gedən siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, ümidsizlik, heç bir siyasi qüvvəyə inamın olmaması, torpaqlarımızın ermənilər tərəfindən işğalı, 20 Yanvar hadisələri, Azərbaycana qarşı ədalətsizlik, keçmiş Dağlıq Qarabağ ərazisindən bütün azərbaycanlıların qovulması və s. kimi hadisələr hafizələrdə qalmışdır. Ermənilərin Qarabağdan sonra Naxçıvanı hədəf almaları, yaranan enerji, qaz, su böhranı, maddi çətinliklər, Respublikada insanların blokada şəraitində yaşamaları və bu kimi çətin vəziyyətlərə artıq son verən olmalı idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? Təbii ki, gördüyü işlərlə, qətiyyəti ilə xalqın yaddaşında dərin izlər buraxan, xalqla daim təmasda olan Ulu öndər Heydər Əliyev bu çətinliklərə son qoya bilərdi.
“91 “– in müraciəti ilə 1992 – ci il noyabrın 21 – də Naxçıvanda Ulu Öndərin sədrliyi ilə Yeni Azərbaycan Partiyası yaradılmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizdə yeni ideoloji modelin, yeni milli maraqların və ən əsası ümumi həmrəyliyin əsası qoyuldu. Özünü xalqın yanındaymış kimi göstərən lakin, öz maraqlarını güdən AXC-Müsavat cütlüyünün iç üzləri ifşa olundu. Əbəs yerə Ulu Öndər Heydər Əliyevə “Müstəqilliyin banisi” adı ilə müraciət etməmişlər. O, faktiki olaraq 1992-ci ildə gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra bir il keçməmiş 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi Prezident vəzifəsinə seçildi və ölkəmizin böhran vəziyyətindən çıxma prosesi başladı. Onun Azərbaycan üçün çəkdiyi zəhmətlərin bəhrəsini indiki gənc nəsillər görür.
Təbii ki, ona inanan, o vaxtın çətin vəziyyətlərinə rəğmən qorxmayan Heydər Əliyevin ətrafında toplanan bu günkü veteranlarında rolu böyükdür. Məhz buna görə Prezident İlham Əliyev VII Qurultayda çıxışı zamanı milli maraqları üstün tutan “91” – in fəaliyyətini, qorxmazlığını qiymətləndirərək Veteranlar Şurası yaratdı. Bir zamanlar Heydər Əliyevlə çiyin-çiyinə fəaliyyət göstərən insanlar, bu gün gənclər üçün o vaxt baş verən tarixi həqiqətlərin sübutudurlar.
Xalq öz seçimində yanılmamışdı. Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev olduğu müddətdə Yeni Azərbaycan Partiyasında müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstuktiv əməkdaşlıq və dialoq, sosial ədalət, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı və s bu kimi strateji istiqamətlər inkişaf etmişdir.
YAP 2003-dən 2023-cü ilə kimi qarşısına qoyduğu güclü iqtisadiyyat, davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat, insan kapitalının inkişafı, milli maraqlar, ordu quruculuğu və s daha çox hədəflərə nail olmuşdur.
Məqaləmin ilk cümlələrində Ali Baş Komandan Prezident İlham Əliyevin ata vəsiyyətindən söz açmışdım. Bəli, Prezident İlham Əliyev ata vəsiyyətini varislik və siyasi baxımdan deyil, həm də erməni əsarəti altında qalan torpaqlarımızın azad olunması ilə də yerinə yetirmişdir. İkinci Qarabağ müharibəsində bizə Zəfər yaşadan igid oğullarımız, şəhidlərimiz, qazilərimiz 2003-cü ildə olan uşaqlar idilər. Onlar, təməlini Ulu Öndərin qoyduğu hərb məktəbində, Prezident İlham Əliyevin yolunu keçmiş, hərb taktikasını öyrənmiş igidlərimizdirlər.
44 günlük müharibə dövründə qardaş ölkə olan Türkiyə Respublikasıda bizi tək qoymayaraq bizə dəstək oldu.Çox üzülərək qeyd etmək istəyirəmki, 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş təbii fəlakət hesab edilən zəlzələ zamanı minlərlə insan dağıntılar altında qalmış, bir çoxları da evlərinin dağılması nəticəsində küçələrdə, çadırlara sığınmışdılar. Təbii ki, buna heç bir ölkə başçısı, heç bir xalq dözməzdi. Prezident ilham Əliyev əlindən gələn, maddi-mənəvi yardımlarını əsirgəməmiş, hətta Azərbaycanın bir neçə qrupdan ibarət xilasetmə dəstələrini Türkiyə Respublikasına göndərmişdir. Bütün bu işlərin görülməsində Yeni Azərbaycan Partiyası xüsusilə seçilmişdir.
Bu gün Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin sayı artmaqdadır. Çünki, Yeni Azərbaycan Partiyasının ölkənin fəal gəncləri üzərində əməyi böyükdür. Savadlı, fəal gəncləri üzə çıxarmaq,dünyaya tanıtmaq,gələcək nəsillər üçün müxtəlif sahələrdə savadlı kadrlar hazırlamaq Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biridir. Mən bir gənc müəllimə kimi Yeni Azərbaycan Partiyasının fəal üzvü olmağımla qürur duyuram. Bu qürurlu şansı mənə və mənim kimi neçə-neçə gəncə laiq görən bütün YAP-a təşkilatlarına təşəkkürümü bildirirəm.