Ölkəmiz kiçik ada dövlətlərinə dəstək verib və gələcəkdə onları dəstəkləməyə davam edəcək

Ölkəmiz kiçik ada dövlətlərinə dəstək verib və gələcəkdə onları dəstəkləməyə davam edəcək

Güləsər Qulaməliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin müəllimi

Dünyada iqlim dəyişmələrinin yaratdığı təhlükədən ən çox kiçik ada dövlətləri əziyyət çəkir.Azərbaycan inkişafda olan həmin dövlətlərə daim dəstək nümayiş etdirərək onların leqitim maraq və narahatlıqlarını müdafiə edib.Prezident cənab İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı”Azərbaycan COP29-a ev sahibi olduqdan sonra kiçik ada dövlətləri ilə münasibətimiz yeni,daha yüksək səviyyəyə qalxıb.Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir”-deyə qeyd etmişdir.

Hər bir ölkə iqlim dəyişikliklərinə məruz qalır,lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.İnkişaf etmiş bütün ölkələr kimi Azərbaycan da kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərir ki,onlar da ölkələrini iqlim fəsadlarından qoruya bilsinlər.

COP29 Sammitində dövlətimizin rəhbəri cənab İlham Əliyev kiçik ada dövlətlərinə yardımı, onların müstəmləkədən azad olmaları uğrunda mübarizələrini dəstəkləyərək bu dövlətlərə 10 milyon  ABŞ dolları həcmində maddi vəsaitin göstərilməsini zəruri hesab edir.

Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalırlar. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə silahı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib.Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır.

“Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ,dünyanın qalan hissələrini cəngəllik adlandırırsa,onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksək,onda bizdən kənar durun və işimizə qarışmayın”- deyərək cənab prezident onu da əlavə edib ki, ölkəmiz kiçik ada dövlətlərinə dəstək verib və gələcəkdə də onları dəstəkləməkdə davam edəcək.