Ölkələrarası əlaqələrin inkişafında şəxsi dostluq münasibətləri əhəmiyyətli rol oynayır
Samirə Abdullayeva
“Göyərçin” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini
2024-cü il mayın 23-ü Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri və hər iki ölkə Prezidentinin verdiyi bəyanatla tarixdə qaldı.
Sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilməsi Prezident İlham Əliyev danışdığı addımlar idi. Qarşılıqlı əlaqəmizin təməlində çoxəsrlik tarix boyu əməkdaşlıq əlaqələri qurmuş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın əzmi durur.
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə birlikdə, ümumi 14 sənəd imzalanıb. Bunlar da münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli gücləndirir. Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi hər iki tərəf üçün münasibətlərdə önəmli hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı Azərbaycan xalqına sevinc gətirəcədir.
Ölkə başçısı bildirdi ki, Azərbaycanın ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün isə müxtəlif istiqamətlərdə - Şimaldan Cənuba və əks istiqamətdə, Şərqdən Qərbə və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazır vəziyyətdədir. Ölkə Başçılarının qarşılıqlı səfərləri birgə fəaliyyətin ən mühüm amilidir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri içində Tacikistanla əlaqələri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər ilk dəfə 1992-ci il mayın 29-da qurulub. Azərbaycanın Tacikistanda 2007-ci ildə, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrarası əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri əhəmiyyətli rol oynayır.
Dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında səmimi dostluq münasibətləri özünü büruzə verir. İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Parlamentlər səviyyəsində də uğurla davam etdirilən ölkələrarası münasibətlər mövcuddur.