Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizin nəticəsidir
Sahibə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Buta" körpələr evi, uşaq bağçasının müdiri
44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı.
Noyabrın 10 – u 2020-ci il ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu.
Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizin nəticəsidir. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilmiş oldu.
Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar vilayəti adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.”
Prezident İlham Əliyevin 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük ehtiram göstərib, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirərək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.