Afaq Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktor müavini
Ermənistan 30 illik işğal dövründə Qarabağdakı şəhər və kəndlərimizə, təbiətimizə hədsiz zərər vurmuşdu.
Ağdam şəhəri də işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. İşğaldan azad olunmuş ərazilərdə yerləşən, ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb .
Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti hələ də davam edir .
Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Müstəqilliyin ilk illərində dəstəyə ciddi şəkildə ehtiyac olan zaman qaçqın və məcburi köçkünlərimizə göstərdiyi dəstəyə görə beynəlxalq təşkilatlara, xüsusilə BMT təsisatlarına minnətdarıq .
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi .
Son illər Azərbaycanın davamlı iqtisadi inkişaf sahəsində əldə etdiyi böyük nailiyyətlər bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar, əlverişli investisiya mühitinin yaradılması, iqtisadi siyasət çərçivəsində zamanın tələblərinə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsi müstəsna əhəmiyyətə malikdir.