Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır
Afət Xudai
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Dünya yaranandan bu zamana qədər xalqlar özünəməxsus adət-ənələr yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardan biridir ki, adət-ənənələrini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşdı.
Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan tarixi qədim olan bayramlardandır. Novruz bayramındada olduğu kimi bayram günlərinin öz ritualları, adət-ənənələri müvcuddur. Əyləncələri ilə, oyunları ilə, ənənələri ilə hər gün, yaradıcılığın bütün jurnallarını əhətə etməkdədir. Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət etməli, bayram süfrələri açılmalıdır.
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə,xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Tacikstanda, Türkmənstanda və.s. bu kimi xalqlarda bu bayram xüsusilə təntənə ilə qeyd olunmaqdadır. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz Bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Novruz bayramı bəzən insanın yaranışı ilə əlaqələndirilir. Yəni insanın dörd ünsürdən-su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur.
Hər çərşənbə bir ünsur ilə əlaqələndirilir. Əbu Reyhan Əl Biruni novruz bayramı haqqında müxtəlif rəvayətlərdən,onun yaranması səbəblərindən, bu bayram münasibəti ilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi byram olduğunu qeyd etmişdir. İlkçərşənbə Su-yəni torpağın yavaş yavaş islanmağa başlamasından və yaxud, çayların buz bağlayan hissəsinin əriyib çaylara tökülməsi və.s.
İkinci çərşənbə, Od çərşənbəsi adlanır. Bu anlama görə bahara doğru günəş yavaş-yavaş, qızdırır, isindirir. Od çərşənbəsində tonqallar qalayırlar elə adındanda bəlli olduğu kimi.
Üçüncüsü-Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncü, yəni son çərşənbə olan, -Torpaq çərşənbəsi adlanır. Torpağı ana-təbiət ALLAHIMIZ su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar.
Bu dörd çərşənbə arasında ən vacibi İlaxır çərşənbəsi hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, xoş arzular ailə saədəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaqarzulanır.
Bir məqamı da xatırlatmaq lazımdır ki, bayramın gəlişi ilə qəz-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinər, evlər bəzədilər,palaz paltarlar yuyular, Həyət baca süpürülərək təmizlənərmiş. Təbii ki,axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır.
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rahilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin də Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilmişdir.