10 Noyabr Üçtərəfli Bəyanatı yeni reallıq yaratdı

10 Noyabr Üçtərəfli Bəyanatı yeni reallıq yaratdı

Mehman Əliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
SOCAR "Azneft" İB DQTKE İstehsalat Müəssisəsinin Şöbə rəisi

Dəmir yumruğu ilə dünya siyasətçilərinə əzimkarlıq nümayiş etdirən Ali Baş Komandan İlham Əliyev düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusunun gücünü tarixə zəfər və qalibiyyət salnaməsi kimi həkk etdirərək tarixi missiyanı başa vurudu. Artıq bütün dünya Şanlı Ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi oldu. Cənab Prezident İlham Əliyev: “Azərbaycan indi o dövlət deyilki, onun maraqlarını kimsə kənara qoya bilər”–sözləri, hədəfə tuşlanmış qətiyyəti, diplomatik hazırlığı ilə dövlət başçısı beynəlxalq ictimaiyyətə həqiqətin əsl mahiyyətini açıqladı.

Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı xaotik mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, möhtərəm Prezident cənab  İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Qarabağ tam olaraq Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandanın  rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Rəsmi Bakının sentyabrın 19-da keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğv edildiyini bəyan etmiş, bundan sonra azərbaycanlı hərbçilər Xankəndiyə daxil olaraq şəhərə Azərbaycan bayrağını sancmışdılar. Beləliklə bu il 8 Noyabr tarixində Azərbaycanda İkinci Qarabağ müharibəsinin sona çatması ilə bağlı  Xankəndində Zəfər Günü qeyd olunur, Xankəndi şəhərində hərbi parad keçirilib. Bu əsil tarixi hadisə, tarixi qələbədir.

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında birləşəcək. Azərbaycan xalqı əmindir ki, şanlı tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyev xalqımızı uğurlu gələcəyə apararaq  bu siyasəti növbəti illərdə də davam etdirəcək, Respublikamız dövlət başçısının rəhbərliyi ilə gələcəyə doğru daha da  inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında daima layiqli yerində qürurla dayanacaqdır.