Məktəbdə geyim mədəniyyəti: milli-mənəvi dəyərlər, dünyəvi təhsil və qarşılıqlı hörmət
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
Təhsil hər bir dövlətin inkişafını, cəmiyyətin gələcəyini və milli-mənəvi dəyərlərin yaşadılmasını təmin edən mühüm sahələrdən biridir. Dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinin müəyyənləşdirilməsi məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi, vahid təhsil mühitinin formalaşdırılması və təhsilalanlarla təhsilverənlər arasında məsuliyyət hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının təhsil siyasətində millilik, dünyəvilik, vətənpərvərlik və milli-mənəvi dəyərlərin qorunması mühüm yer tutur. Bu prinsiplər cəmiyyətin birliyinə, insanların hüquqlarına hörmətə və gələcək nəslin hərtərəfli inkişafına xidmət edir.
Məktəbdaxili qaydalara riayət olunması şagirdlərdə məsuliyyət, intizam və qarşılıqlı hörmət keyfiyyətlərinin inkişafına töhfə verir. Bununla yanaşı, geyimlə bağlı tələblər tətbiq edilərkən uşaqların hüquqları, ləyaqəti və ailələrin mənəvi dəyərləri nəzərə alınmalıdır.
Müəllimin geyimi onun pedaqoji fəaliyyətinə mane olmamalı, rahatlığı təmin etməli və tədris prosesinin xüsusiyyətlərinə uyğun olmalıdır. İşgüzar geyim mədəniyyəti müəllimin peşəkarlığını, məsuliyyətini və məktəb mühitinə hörmətini ifadə edir.
Dünyəvi təhsil elmi biliklərin mənimsənilməsini, sərbəst düşüncənin inkişafını və bütün şagirdlər üçün bərabər təhsil imkanlarının yaradılmasını nəzərdə tutur. Dünyəvilik dini inancların inkarı və ya dini dəyərlərə qarşı münasibət kimi başa düşülməməlidir. Əksinə, sağlam təhsil mühiti insanların fərqli inanclarına hörmət, qarşılıqlı anlayış və qanunlara riayət prinsipləri əsasında formalaşmalıdır.
Hicab bir çox qadın və qız üçün dini inancın və şəxsi mənəvi seçimin ifadəsidir. İnsanların dini inanclarına və geyim seçimlərinə hörmətlə yanaşmaq qarşılıqlı anlaşmanın və tolerantlığın vacib şərtidir.
Məktəbin əsas məqsədi uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, onların şəxsiyyət kimi formalaşmasına şərait yaratmaqdır. Bu baxımdan heç bir şagird dini inancına görə alçaldılmamalı, təhqir edilmə