Məğrurluğunu geri qaytaran Laçın

Məğrurluğunu geri qaytaran Laçın

ŞƏLALƏ ƏSGƏROVA

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.Hərbi-siyasi yolunu uğurla başa vurmaqla Azərbaycan erməni qoşunları və qanunsuz yerləşdirilən erməniləri sayca 7-ci rayondan çıxarmaqla şəriksiz qələbəsini təmin etmişdir.

Üçtərəfli bəyanat imzalandıqdan sonra 2020-ci il noyabrın 10-dan dekabrın 1-nə qədər keçən müddətdə siyasi yolla Ağdam, Kəlbəcər və Laçın rayonları geri qaytarıldı. Təbii ki,düşmən öz xoşuna çıxmadı, çıxmağa məcbur edildi.

Ermənistan rəhbərliyi əvvəllər heç vaxt ermənilər yaşamayan Laçın rayonu ərazisində uzun illər qanunsuz məskunlaşdırma aparıb. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında rayon ərazisində 8-11 min erməninin qanunsuz yerləşdirildiyini müəyyən etmişdir. Məqsəd Laçını tarixən ermənilərin yaşadığı bölgə kimi göstərmək idi. Vətən müharibəsindən öncə aparılan bütün danışıqlar prosesində ermənilər Laçın rayonunun bütövlükdə dəhliz kimi Ermənistana verilməsində israrlı idilər.

“Mən həmişə deyirdim ki,Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa,heç bir razılaşma ola bilməz.Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı” Prezident İlham Əliyev.

Laçın rayonu Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul edildikdən sonra 1992-ci il mayın 18-də işğal edilmişdi.BMT TŞ-nın 4 qətnaməsində - 822,853,874 və 884 saylı qətnamələrdə Laçının adı çəkilməsə də,sənədlərdə yer alan “erməni silahlı qüvvələrinin son dövrlərdə işğal etdiyi Azəbaycan torpaqlarından”, ”digər rayonlardan geri çəkilməsi” tələbi Laçına aid idi.

“Biz BMT TŞ-nın qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki,təkcə Ermənistan üçün yox,bir çox başqaları üçün də,kağız parçası idi”,-Prezident İlham Əliyev.

Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Laçın sözü “məğrurluq” mənasındadır. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub.1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb.

Laçının İşğalı zamanı zamanı 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə Laçın rayonuna 7.1 ABŞ dollarından çox ziyan dəyib.

Ağdam və Kəlbəcər rayonlarında olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri-Azərbaycan torpaqlarını tərk edərkən ermənilərə Laçında da təhlükəsiz şərait yaradılıb ki,öz əşyalarını rahatlıqla götürə bilsinlər.Bunun əvəzində isə ermənilər öz tarixi missiyalarına sadiq qalaraq qaldıqları evləri yandırıb,meşələri qırıb,suları çirkləndirərək ekoloji fəlakət törətməkdən çəkinməyiblər.

30 il əvvəl Laçında köçkün düşən azərbaycanlılar isə ermənilərdən fərqli olaraq zorakılıqla qovulub, təhqirlərə və şiddətə məruz qalıb və bütün əmlakları Ermənistan ordusu tərəfindən qarət olunub.Budur fərq.

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra noyabrın 9-da Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri işğalçılardan təmizlənmişdi.Laçın rayonunun bir hissəsi,Şuşa şəhəri və ardınca 70-dən artıq kəndin azad edilməsi Ermənistanı kapitulyasiyasını elan etməyə məcbur etdi.

2022-ci ilin avqustun 26-da Laçın şəhəri,Zabux və Sus kəndləri Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldü.İşğaldan azad ediləndən sonra Laçın rayonunun bir hissəsi,o cümlədən Laçın şəhəri 5 km enində zolağa –“Laçın dəhlizi”nə düşüb. ”Laçın dəhlizi”ndə Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boş,2-də Sus və Zabuxda – ermənilər qanunsuz məskunlaşdırılmişdılar.

Laçın şəhərinin işğaldan azad olunması münasibəti ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət etmişdir.Müraciət mətni çox geniş olub özündə bir çox mühüm məsələləri əks etdirirdi.Bütün Azərbaycan xalqını,xüsusilə laçınlıları təbrik edən Cənab Prezident siyasi proseslə yanaşı Laçın rayonu,onun iqtisadi potensialı və yaxın gələcəkdə ölkə iqtisadiyyatında hansı yeri tutacağı ilə bağlı geniş məlumat vermişdir.Ölkə Prezidenti tərəfindən vəd edilən bütün quruculuq tədbirlərinin tez bir zamanda icrası xalqda bölgənin gələcəyinə olan ümidi artırır.Sakinlər isə ata-baba yurdlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb.Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72.8 kilometrdir.Yol üzərində 3 tunelin tikintisi aparılacaq.Tunellərin uzunluğu 9450 metr olacaq.2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.Qorçu kəndi ərazisində inşa ediləcək hava limanı bir neçə amili özündə birləşdirir.Ümumilikdə hava limanının inşası sosial-iqtisadi inkişafa təkan verməklə,bölgənin turizm potensialını da artıracaq.Bu həm də logistik mərkəzlərin yaranmasına təkan verəcək.”Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və başqa rayonlar böyük payla,daxili potensial hesabına bərpa olunacaq.

Keçən 2 il ərzində Prezident İlham Əliyev işğaldan azad olunan digər ərazilər kimi Laçın rayonunda da dəfələrlə səfərdə olmuşdur. Prezidentin hər gəlişi düşmənlər üçün göz dağıdır.Təşkil olunan hər səfər bölgə üçün önəmli infrastruktur layihənin açılışı ilə xarakterikdir və Prezidentin birbaşa nəzarətinin göstəricisidir.

Bildiyimiz kimi,12 sentyabr tarixindən başlayaraq qısamüddətli dövr ərzində Ermənistan Azərbaycanla dövlət sərhədində təxribatlar törətdi.Bu baxımdan Prezidentin İlham Əliyevin 21 sentyabr 2022-ci il tarixində Laçın şəhərinə səfəri,burada Dövlət Bayrağının ucaldılması düşmən üçün mühüm mesaj oldu.

Cənab Prezident Laçına səfəri zamanı Laçın şəhəri,Zabux və Sus kəndlərinin yenidənqurulması üçün dövlət büdcəsindən vəsaitin ayrılması barədə fərman imzaladı.Müəyyənləşən yeni mövqelər sərhəd infrastrukturunun da önəmini artırır.Hərbi qalibiyyət əldə edən Azərbaycan diplomatik gücünü səfərbər etməlidir.Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Prezident İlham Əliyev bildirib ki,Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz daşınma təmin olunmalıdır.Zəngəzur dəhlizi isə bu kontekstdə region dövlətlərinin də maraqları ilə üst-üstə düşür..Sərhədlərin delimitasiyası işi sürətlənməli və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsini imzalamaq üçün masa arxasına keçməlidir.

“Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər”,-Prezident İlham Əliyev.

İlham Əliyev laçınlıların birinci qrupunun Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda biləcəklərini qeyd edib.

“Bir daha demək istəyirəm,fəxr edirəm ki,Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım.Bu bayraq burada əbədi dalğalanacaq!Biz burada əbədi yaşayacağıq!Yaşasın Laçın!Yaşasın Azərbaycan!,-Prezident İlham Əliyev.

Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ərazilərini bərpa edir,iqtisadi qüdrətini artırır.Yorulmaz fəaliyyətində xalq həmişə öz Prezidenti ilə birlikdədir.Yaşasın birlik ve həmrəylik!

Qarabağ Azərbaycandır!