“Müstəqillik xalqın zəkasından, arzusundan qaynaqlanan milli sərvətdir” adlı tədbir keçirilmişdir

“Müstəqillik xalqın zəkasından, arzusundan qaynaqlanan milli sərvətdir” adlı tədbir keçirilmişdir

17 oktyabr 2025-ci il tarixdə Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbdə "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş Müstəqillik xalqın zəkasından, arzusundan qaynaqlanan milli sərvətdiradlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Leyli Rüstəmova və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.

Tədbirdə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra məktəbin müəllim-şagird kollektivinin iştirakı ilə vətənpərvər ruhda hazırlanmış kompazisiyalar təqdim olunmuşdur.

Tədbiri girş gözü ilə açan Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Leyli Rüstəmova bildirmişdir ki, Müstəqillik xalqın zəkasından, arzusundan qaynaqlanan milli sərvətdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini görüş iştirakçılarına çatdırdı. Fərəh Məcidzadə bildirdi ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May tarixini Respublika Günü olaraq təntənə ilə qeyd edir. Xalqına bu sevinci yaşadan, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılmasındakı xidmətləri misilsizdir.