Müharibədən qalib xalq olaraq çıxmağımız hər sahədə bizi bir pillə önə atmışdır
Sədai Vəlibəyli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Yeni Suraxanı inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Bildiyimiz kimi, Prezident hər il media nümayəndələri ilə görüş təşkil edir. Bu görüşdə o qarşıda duran vəzifələr haqqında media nümayəndələrinə məlumat verir.
İlham Əliyev öz müsahibəsində 2022-ci ilin nəticələrindən və 2023-cü ildə qarşıda duran əsas vəzifələrdən söz açmışdır. 2020-ci ildən sonra Azərbaycan dövləti öz sürətli yüksəliş dövrünü yaşayır. Müharibədən qalib xalq olaraq çıxmağımız hər sahədə bizi bir pillə önə atmışdır. Hər sahədə atılan addımlar xalqın gələcəyi üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Biz 2020-ci il 44 günlük müharibədən sonra öz gücümüzü bütün dünayaya göstərdik. Artıq hərbi, siyasi və iqtisadi cəhətdən beynəlxalq konfranslarda öz sözümüzü deyə bilirik. Artıq hərkəsə məlumdur ki, bütün dünyada qlobal tənəzzül baş verir. Həm pandemiya, həm müharibələr dünyada qlobal tənəzzülə gətirib çıxardır. Lakin, bir sıra qabaqlayıcı tədbirlər sayəsində biz bu təsirləri minimum səviyyə çatdırdıq.
2022-ci ildə bir sıra islahatlar keçirilmişdir. Azərbaycan xalqının yaşayış rifahının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Biz qalib xalq olaraq hər zaman dünyaya öz müstəqilliyimizi tanıtdırmalıyıq. İşğaldan azad olunmuş ərazilərə yerli və əcnəbi turistlərin cəlb edilməsi buna təsdiqləyir.
Bir sıra təşkilatlarda uğurlu fəaliyyətimiz olmuşdur. Qoşulmama Hərəkatı həm müharibə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Daha sonra İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləmişdir.
Dünya iqtisadiyyatında baş verən böhran təbii ki, Azərbaycan iqtisadiyyatından da yan keçmir. Lakin, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti olkə daxilində böhranı biraz da olsa yüngülləşdirir.
20 il ərzində talan edilmiş ərazilərdə yenidənqurma işləri aparılır. Bunu biz öz gücümüz hesabına etmişik. Bir sıra tikililərin inşasına start verilmişdir. Hər bir sahədə planlar hazırlanmışdır. Hava Limanı, abidələr, muzeylər, idman kompleksləri və s digər tikililərin inşası üçün müəyyən büdcə ayrılmışdır.
Bildiyimiz kimi, bu yaxınlarda İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bir sıra sərəncamlar imzalamışdır. Minimum əmək haqqı 345 manata çatıbdır. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün pensiya da 280 manata çatdı.
Prezident cənab İlham Əliyev ünvanlı sosial yardımla bağlı məsələyə də toxundu. Yardımın verilməsi ilə bağlı pozuntuların olduğun qeyd etmişdir. Bu istiqamətdə müəyyən tədbirlərin görüləcəyini vurğuladı.
Dövlətimiz hər zaman qaziləri, şəhid ailələrini diqqət mərkəzində saxlamışlar. 2022-ci ildə görülən ən önəmli işlərdən biri də qazilərə, şəhid ailələrinə göstərilən yardımlardır. 1500 ailə mənzillə təmin olunmuşdur.
İlham Əliyev nəqliyyat sahəsində də əldə olunan uğurlardan danışmışdır.O, Bakı-Tiblisi-Qars dəmir yolunun açılışından bəhs etmişdir.Layihənin neçə çətin başa gəlməyindən bəhs etmişdir. Lakin, bütün maneələrə baxmadan layihə gerçəkləşmişdir.
İlham Əliyev sonda 2023-cü ilin hərkəs üçün uğurlu olmasını qeyd etmişdir. 2022-ci ildəki bütün nailiyyətlərin 2023-cü ildə davamını gözləyirik.