Möhtərəm Prezidentin “Çinin böyük dostu” adlandırması əbəs yerə deyildir

Möhtərəm Prezidentin “Çinin böyük dostu” adlandırması əbəs yerə deyildir

Talıb Talıblı

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu 327 nömrəli məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il yanvarın 17-də Davos forumu çərçivəsində Çinin CGTN televiziya kanalına müsahibə verərək Azərbaycan-Çin münasibətlərinə toxunmuşdur. Azərbaycan-Çin münasibətləri hələ Ulu öndər Heydər Əliyevin dövründən başlamışdır. Belə ki o, 1994-cü ildə Çinə səfər etmiş və bu münasibətlərin yaranmasına şərait yaratmışdır.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Qeyd edilməlidir ki, builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

Səfər çərçivəsində ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində "Bir kəmər, bir yol" Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırıb.

Hazırda Çinin Azərbaycanla ticarət, iqtisadi, siyasi və mədəni əlaqələri yüksək formadadır. 2022-ci ilin payızında Çin dövlət rəhbərinin “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident cənab İlham Əliyevi “Çinin böyük dostu” adlandırması əbəs yerə deyildir. Bu qeyd edilən əlaqələrin, qarşılıqlı hörmətin rəmzi olaraq qəbul edilə bilər.

Cənab Prezident İlham Əliyev Çinlə əməkdaşlıq üçün çox möhkəm siyasi platformanın qurulduğunu, iqtisadi və perspektiv əməkdaşlıq əlaqələrinin durmadan artdığını vurğulamışdır. Həmçinin cənab Prezident Azərbaycanda investisiya mühitinin müsbət olduğunu vurğulamış, xarici investorların, o cümlədən çinlilərin də bu prosesdə iştirak etməsinin arzuolunan olduğunu bildirmişdir. Prezident Bakı yaxınlığında Ələt bölgəsində azad iqtisadi zonanın açıldığını əlavə edərək qeyd edilən proseslərə dəstəyin olduğunu ifadə etmişdir.

Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı olmasa da Böyük İpək Yolunun tərkib hissəsi kimi tranzit ticarət əlaqələrini öz töhfəsini vermişdir. Hələ 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Bakı şəhərində Böyük İpək Yolunun bərpası haqqında konfrans keçirilmiş, sonda Bakı bəyannaməsi imzalanmışdır. Bu da Azərbaycanın hansı əhəmiyyətə malik olduğunu açıq-aşkar göstərir. Bu gün də ənənə İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu yol vasitəsilə Çin də səmərəli əlaqələr qurur.

Hazırda dünya səviyyəli kommunikasiya əlaqələri qurulmaqdadır. Bu prosesdə də cənab Prezidentin də ifadə etdiyi kimi, Azərbaycan-Çin maraqları üst-üstə düşür.