Milli  mətbuat yolunda atılan ilk  addım – “Əkinçi” qəzeti

Milli  mətbuat yolunda atılan ilk  addım – “Əkinçi” qəzeti

Səadət Yusifova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru

Xalqın tərəqqisi onun  maariflənməsi, milli  kimliyinin  qorunması və zəngin mədəni   irsinin  gələcək nəsillərə ötürülməsi ilə  mümkündür.   Bu müqəddəs missiyanın həyata keçirilməsində Azərbaycan milli mətbuatının, xüsusilə də Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin əvəzsiz xidmətləri olmuşdur.

1875-ci ildə işıq  üzü  görən “Əkinçi” qəzeti  milli oyanışın, elmə və təhsilə çağırışın rəmzinə  çevrildi. O, cəmiyyətə  doğru   sözün,  obyektiv fikrin və maarifçiliyin gücünü nümayiş etdirdi. Qəzetin əsas məqsədi xalqı düşünməyə, öyrənməyə və  inkişaf  etməyə   təşviq  etmək  idi. Məhz   bu   dəyərlər  bu  gün  də  öz  aktuallığını    qoruyur.

Mədəniyyət və incəsənət sahəsində çalışan  insanlar olaraq yaxşı bilirik ki, sözlə musiqinin ortaq missiyası insanı mənən zənginləşdirməkdir. Milli  mətbuatımız əsrlər boyu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin təbliğində mühüm rol oynayıb, yaradıcı insanların cəmiyyətə tanıdılmasına böyük töhfələr verib.

Bu gün də peşəkar və məsuliyyətli jurnalistika cəmiyyətimizin inkişafının vacib amillərindən biridir. Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara obyektivlik, peşəkarlıq, yeni uğurlar və tükənməz yaradıcılıq ilhamı arzulayıram.

Paylaş