Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Rzayev Ramil Elçin oğlunun il mərasimi keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri yad edilib.
Şəhidin doğmalarına dərin hüznlə başsağlığı verən RİH başçısı Adil Əliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, şanlı Ordumuzun gücü sayəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimizin fədakarlığından, eləcə də şücaətindən danışıb. O bildirib ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının igidliyini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, daima xatirəsini uca tutur.