Laçın təkcə siyasi və coğrafi baxımdan deyil, həm də strateji mövqeyinə görə ölkənin əsas bölgələrindən biridir

Laçın təkcə siyasi və coğrafi baxımdan deyil, həm də strateji mövqeyinə görə ölkənin əsas bölgələrindən biridir

Qəribə Həsənova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 331 saylı körpələr evi və uşaq bağçasının müdiri

Prezident İlham Əliyevin 28 may 2025-ci il tarixində Laçında etdiyi çıxış Azərbaycanın müasir tarixində mühüm siyasi, mənəvi və strateji əhəmiyyət daşıyan bir hadisə kimi yadda qaldı. Bu çıxış həm tarixi simvolika baxımından, həm də ölkənin gələcək inkişaf strategiyası və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kontekstində xüsusi rol oynayır. 28 May – Respublika Günü münasibətilə Azərbaycanın qədim torpaqlarından biri olan Laçında çıxış etməsi təsadüfi deyildi. Bu, Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan etməsinin ildönümündə, bu dəfə ərazi bütövlüyünü tam təmin etmiş bir dövlətin lideri olaraq səsləndirilən bəyanat idi.

Prezident çıxışında Laçının işğaldan azad edilməsindən sonra burada görülən bərpa və quruculuq işlərini ətraflı şəkildə təqdim etdi. O bildirdi ki, Laçın şəhəri cəmi 7-8 ay ərzində bərpa olunaraq müasir infrastrukturla təchiz edilib və artıq sakinlər doğma yurdlarına qayıtmağa başlayıblar. Bu, Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən işlərin uğurlu nəticəsidir.

Laçın təkcə siyasi coğrafi baxımdan deyil, həm də strateji mövqeyinə görə ölkənin əsas bölgələrindən biridir. Burada həyatın bərpa olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra bölgədə davamlı inkişafın mümkün olduğunu nümayiş etdirir.

Prezidentin çıxışının ən vacib məqamlarından biri həmin gün Laçın O, bu ölkələrin Azərbaycanın haqq işində – Qarabağın işğaldan azad olunması və bərpası prosesində göstərdiyi dəstəyi xüsusi qeyd etdi. Belə yüksək səviyyəli beynəlxalq dəstək, Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi prosesini daha da sürətləndirir.

Prezident cənab İlham Əliyev çıxışında həmçinin ölkədə aparılan sosial - iqtisadi islahatlara da toxundu. O, minimum əməkhaqqının və pensiyaların artırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi ilə bağlı planlardan danışdı. Sosial rifahın yüksəldilməsi və bölgələrdə həyat səviyyəsinin paytaxtla bərabərləşdirilməsi məqsədilə atılan addımlar dövlət siyasətinin əsas prioritetləri arasında yer almaqda davam edir.

Çıxışda diqqətçəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması da bu beynəlxalq əməkdaşlığın uğurlarından biri kimi göstərildi.Prezident İlham Əliyevin Laçında etdiyi bu çıxış həm də psixoloji baxımdan cəmiyyətə güvən, qürur və gələcəyə inam aşıladı. Bu, müstəqil Azərbaycanın yalnızca keçmişə deyil, gələcəyə  hesablanmış strategiyasıdır. Nəticə etibarilə, 28 may 2025-ci il tarixində Prezident İlham Əliyevin Laçında etdiyi çıxış, Azərbaycanın tarixində yeni bir mərhələnin simvoluna çevrildi. 

Bu çıxış həm siyasi məzmunu, həm də milli-mənəvi dəyərlərin təbliği baxımından ölkə vətəndaşları üçün böyük ruh yüksəkliyi yaratdı. Eyni zamanda, Azərbaycan xalqına və dünya ictimaiyyətinə mesaj verildi ki, bu torpaqlar əbədi olaraq Azərbaycanındır və burada sülh, inkişaf və sabitlik hökm sürəcək.