Laçın yenidən azan səsi, bayraq kölgəsi və insan nəfəsi ilə canlanır

Aynur Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Buta" uşaq bağçası və körpələr evinin müdir əvəzi
Laçın adı Azərbaycan xalqının yaddaşında həm dərd, həm də qürur rəmzi kimi yaşayır. Uzun illər işğal altında qalan bu müqəddəs torpaq 2020-ci ildəki şanlı Zəfərimizlə öz doğma sahiblərinə qovuşdu.
Şəhidlərimizin qanı bahasına geriyə qaytarılmış bu torpaq hər zaman bizim qürur yerimiz olacaq. Laçın şəhəri günü – həm qələbənin, həm də milli birliyin bayramıdır. Bu gün biz bir daha sübut edirik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarından vaz keçmir. Bizim gücümüz, birliyimiz və dövlətimiz var.
Laçın azaddır! Laçın bizimdir! Azərbaycanındır!