Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır

Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır

Nəsibə  Qurbanova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi 

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən beş il ötür. Kəlbəcər rayonu1993-cü il aprelin 2-də işğal olunmuşdur. İşğalçılar onlarla tarixi mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarixi diyarşünaslıq muzeyini dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.

İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar ediblər.

Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi su yataqları ilə zəngindir.  Azərbaycan Respublikasının Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər -1” kiçik su Elektrik Stansiyasının açılışında Toğanlı- Kəlbəcər avtomobil yolunun açılışında olmuşdur. Ömər aşırımının açılışı da çox qürurverici idi. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən xəbər verir.

Kəlbəcər saz-söz diyarıdır. Kəlbəcərli şair Sücahət belə bir şeir qələmə almışdır.

Sücahət neyləyək vaxt belə vaxtdı

Darıxma hər şeyi həll edən vaxtı

Bir gün gülə-gülə qayıdacaqdır

Ağlaya-ağlaya köçən Kəlbəcər

Təşəkkür edirik Sizə Ali Baş Komandan İlham Əliyev . Biz Sizə minnətdarıq.