Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda YAP Mərkəzi Aparatının və yerli təşkilat aparatlarının maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin aparılmasına dair Təlimat və digər cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri – Nizami Səfərov, Elman Nəsirov, Aydın Hüseynov, Həsən Həsənov, Musa Musayev, Naqif Həmzəyev və Məlahət İbrahimqızı gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Gündəliyə çıxarılan məsələlərin hər biri təsdiq olunub.