İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi əsas prioritetdir

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi əsas prioritetdir

Aybəniz Əmirova

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu 317 nömrəli məktəbin müəllimi

İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib işlərdən  biri həmin ərazilərin  elektrik enerjisi ilə təchiz edilməsi  oldu. Artıq bu ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işləri demək olar ki, tamamlanmaq üzrədir.

Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası,110/35/10 kilovoltluq  Şuşa,  Füzuli və  Şükürbəyli yarımstansiyalarının açılışı bu ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulmasının yekunlaşacağına əsas verir.

“Ağıllı kənd”, ”Ağıllı şəhər”  layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük  Qayıdışın başlanğıcı oldu. Kənddən şəhərə axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətləri kəndlərdə təşkil etmək, eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaratmaq, kənd sakinlərinə  dövlət xidmətlərindən yararlanmaq şəraitini formalaşdırmaq kimi üstünlüklərə malik olan, ən müasir texnologiyalara əsaslanan  “Ağıllı kənd” layihəsi kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə keçməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə  işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilən bu layihələrin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. 

Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. 26 oktyabr tarixində İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası üçün sənədə imza atmışdılar.”Zəngəzur dəhlizi”adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb.

”Zəngəzur dəhlizi“Avropa və Asiya qitələri arasında önəmli ticarət marşurutu kimi çıxış etmək potensialı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.