İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır
Röya İslamova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru

İşğaldan  azad  olunmuş  ərazilərin  bərpası  və  məskunlaşdırılması  Azərbaycan  dövlətinin qarşısında  duran  mühüm  vəzifələrdən  biridir.  2020-ci ildə  Vətən  müharibəsinin  başa çatmasından  sonra  azad  edilmiş  ərazilərdə  genişmiqyaslı  quruculuq  və  bərpa  işlərinə başlanılmışdır.  Əsas məqsəd  insanların  öz doğma  torpaqlarına  təhlükəsiz  və  rahat  şəkildə qayıtması  üçün  lazımi  şərait  yaratmaqdır.

İlk növbədə  yaşayış  məntəqələrinin  yenidən  qurulması,  yolların,  enerji  və  su  təchizatı sistemlərinin  yaradılması, məktəb,  xəstəxana  və  digər  sosial  obyektlərin  tikilməsi istiqamətində  mühüm  layihələr  həyata  leçirilir.  Yeni  salınan  şəhər  və  kəndlər müasir infrastrukturla  təmin  olunur.  Ağalı, Talış,  Laçın,  Füzuli,  Xocalı  və  digər  yaşayış məntəqələrində  aparılan  işlər  bunun  nümunələrindəndir.

Məskunlaşma  yalnız  evlərin  tikilməsi  ilə  məhdudlaşmır.  İnsanların  burada  yaşaması, işləməsi,  təhsil  alması  və  sosial  xidmətlərdən  istifadə  etməsi  üçün  hərtərəfli  şərait yaradılır.  Ərazilərin  minalardan  təmizlənməsi  də  təhlükəsiz  qayıdışın  əsas  şərtlərindən  biridir.

Bununla  yanaşı,  bölgənin  iqtisadi potensialından  istifadə  edilməsi,  kənd  təsərrüfatının, turizmin  və  sahibkarlığın  inkişafı  üçün  yeni  imkanlar  yaradılır.  Yeni  müəssisələrin  və  iş yerlərinin  yaradılması  insanların  burada  daimi  məskunlaşmasına  və  bölgənin  iqtisadi həyatının  canlanmasına  xidmət  edir.

Beləliklə,  işğaldan  azad  olunmuş  ərazilərdə  həyata  keçirilən  bərpa  və  quruculuq  işləri nəticəsində  bu  torpaqlar  tədricən  yenidən  canlanır,  insanların  doğma  yurdlarına  qayıdışı təmin  olunur  və  ərazilərin  Azərbaycanın  vahid  sosial-iqtisadi məkanına  inteqrasiyası güclənir.  Yeni  infrastrukturun  yaradılması,  iqtisadi  imkanların  genişləndirilməsi  və təhlükəsizliyin  təmin  olunması  bölgənin  gələcək  inkişafı  üçün  möhkəm  əsas  yaradır.

Bu proses  azad  olunmuş  ərazilərin  Azərbaycanın  sosial-iqtisadi  həyatına  yenidən  tam  şəkildə qoşulmasına  xidmət  edir.

Paylaş