Üç rəngli bayrağım – qürur mənbəyim

Üç rəngli bayrağım – qürur mənbəyim

Svetlana Əliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə yaradıldıqdan sonra milli dövlətçilik bağlı tariximizdə mühüm addımlar atılmışdır. Həmin dövrdə dövlət rəmzlərinin yaradılması da xüsusi əhəmiyyət daşıyırdı. 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edildi. Bayrağın mavi, qırmızı və yaşıl rəngləri milli kimliyimizi, müasirlik ideyalarını və mənəvi dəyərlərimizi ifadə edir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi istifadədən çıxarıldı. Lakin xalqımızın milli müstəqillik arzusu və üçrəngli bayrağa bağlılığı yaşamaqda davam etdi.1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız öz dövlət müstəqilliyinin bərpasını, milli dəyərlərinə və tarixi rəmzlərinə qayıdışı tələb edirdi. Üçrəngli bayraq bu mübarizənin əsas rəmzlərindən birinə çevrildi.

17 noyabr 1990-cil də Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, onun bütün Azərbaycan ərazisində dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında məsələ qaldırıldı. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”

17 noyabr 2007-ci ildə isə Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzaladı. Meydanın təməli həmin il dekabrın 30-da qoyuldu. Layihə dövlət bayrağına ehtiramın artırılması və onun paytaxtın rəmzlərindən birinə çevrilməsi baxımından əhəmiyyət daşıyırdı. 17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

 

 

Təlim tərbiyə işləri üzrə direktor müəvini: Svetlana Əliyeva

Paylaş