İNKİŞAF NAMİNƏ SÜLH

İNKİŞAF NAMİNƏ SÜLH

Kəmalə Məmməova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 270 №-li tam orta məktəbin direktor əvəzi

“16 iyun 2022-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu  keçirilmişdir. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmişdir.  IX  Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak etmişdir.”  Müxtəlif  xəbər agentliklərindən götürülmüş bu sitat ölkəmizin regionda və ümumən dünyada artan nüfuzudan xəbər verir. Bu fakt sübut edir ki, Azərbaycan təkcə neft ixrac edən ölkə yox, eyni zamanda beynəlxalq və siyasi məsələlərin subyekti, həm də vacib subyektidir. Xüsusi siyasi aktuallığı ilə seçilən forumun paytaxtımızda keçirilməsi hamımızın – hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.

Forumun özəyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı təşkil edirdi – desək, yəqin ki, yanılmarıq. Möhtərəm Prezidentimiz dərin məzmunlu çıxışı ilə sübut etdi ki, onu təkcə lideri olduğu ölkənin yox, bütövlükdə dünyanın problemləri narahat edir. Göstərdi ki, beynəlxalq təhlükəsizlik gündəlikdə duran əsas məsələdir. Bizi yaxınlaşmaqda olan, belə hiss olunur ki, qaçılmaz olan böhran, enerji bazarındakı proqnozlaşdırmaların getdikcə çətinləşməsi çox narahat edir.

Möhtərəm Prezidentimiz Forum iştirakçılarının nəzərini daha çox 44 günlük Vətən Müharibəsi və onun nəticələrinə yönəltdi. O, haqlı olaraq dedi ki,  ATƏT-in Minsk qrupunun 28 il ərzində heç bir nəticə əldə etmədiyini qeyd etdi və bu da müharibəni qaçılmaz etdi. Artıq müharibə də, Qarabağ problemi də tarixə qovuşmuşdur. Biz realist olmalıyıq. Azərbaycan qarşı tərəfə sülh razılaşması üzərində çalışmağı təklif edir. Qarşı tərəf  bu zərurəti nə qədər tez dərk etsə bir o qədər yaxşıdır. Ermənistan tərəfi anlamalıdır ki, sülh razılaşması nə qədər tez əldə olunsa xalqlarımız dinc, firəvan həyata bir o qədər tez qovuşar. Bunun üçünsə 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl olunmalıdır. Kommunikasiyaların açılması bizimçün prioritet məsələdir. Bununçün isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əgər bu baş verməsə, biz adekvat addımlar atacaq, Ermənistanın ərazi bütövlüyünü sual altına alacağıq. Bunu Ermənistan eləcə  bütün dünya bilməlidir ki, Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu var  və orada yaşayan erməni əhalisi hüquq və təhlükəsizliyi nəzərə alınacaq.

Bütün bunlara görə inamla deyə bilərik ki, bu forum Azərbaycanın irəliyə doğru atılmış əhəmiyyətli siyasi bir addımı idi.