Yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır

Yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır

Yavər Nuriyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, Sukanal idarəsinin məsul əməkdaşı

10 mart 2020-ci ildə VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəblərini bir daha ictimaiyyətin diqqətinə çatdırmışdır. Yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini vermişdir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzifələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır.

Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır. 

Azərbaycanımızın inkişafını, islahatların davamlılığını istəyiriksə qüsursuz olmalı, gücümüzü səfərbər etməli, daha çox çalışmalıyıq. Ona görə biz bu sahədə də öz siyasətimizi təmin etməliyik, bizim siyasətimizin üstünlüyünü göstərməliyik.

Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmişdir.

Hazırda  Azərbaycan müasir, dünyəvi dövlət kimi günügündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir.

Azərbaycanın bugünkü uğurları, mövqeyi, bütün sahələr üzrə təqdimatına geniş yol açan imkanları daha aydın görünür. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq təşkilatlarla  əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə tətbiqi üçün təcrübə mübadiləsi aparır.

 

 

Suraxanı rayon Sukanal idarəsinin

Yeni Azərbaycan Partiyasının təşkilat sədri