Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Rzayev Ramil Elçin oğlu şəhadətinin ikinci ilində ehtiramla yad edilib. Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
Şəhidin Əmircan qəsəbəsi, #Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.